Yuxarı

"Parlamentin buraxılmasını təklif etdim" - Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Parlamentin buraxılmasını təklif etdim" - Səbəb

"ABŞ-dan olan o jurnalisti ümumiyyətlə tanımıram və həmin hadisələr baş verən zaman onun orda olmasına şübhə edirəm".

Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə dedi.

Partiya sədri redaksiya ilə əlaqə saxlayaraq bir gün öncə saytda yayımlanan və özünün adı keçən yazı ilə bağlı fikirlərini bildirdi:

"Yazıda belə bir abzas var:

"Parlamentdə fasilədən dərhal sonra müxalifət yenidən prezidentin istefaya göndərilməsi ilə bağlı tələblə çıxış etdi. Axşam düşəndə isə prezident yenidən göründü və istefaya göndərilməsi haqqında olan bütün tələblərə aydınlıq gətirilməsini istədi. Onun bu dəfəki çıxışı isə göstərdi ki, prezident özünü itirib və situasiyanı dəyərləndirmək qabiliyyətinə malik deyil. Etdiyi səhvlərinə görə üzr istəyən Ayaz Mütəllibov, Nazirlər Kabinetini yenidən formalaşdıracağını və hətta əsas nazir vəzifələrinə müxalifətdən nümayəndələr təyin edəcəyini bildirdi. Bu məqamda isə Araz Əlizadə prezidenti ölkədə fövqəladə vəziyyət elan etməyə, siyasi partiyaların fəaliyyətinin 6 ay müddətinə qadağan edilməsinə çağırdı".

İlk əvvəl onu deyim ki, mənim fikrimi təhrif ediblər, həmçinin zaman və məna kontekstindən çıxarıblar.

Mən o sözləri tamam ayrı zamanda və ayrı situasiyada demişəm. 1991-ci ilin noyabr ayında məlum helikopter qəzasından sonra mən müharibə şəraitini nəzərə alaraq təklif etmişəm ki, iqtidar-müxalifət anlayışı olmasın. Əgər ölkədə müharibə gedirsə, hər şey onun qanunlarına uyğunlaşdırılmalı və bütün partiyalar dövlət və müharibə maraqlarından çıxış etməlidir. Mən bu təklifi vətən müharibəsi modelinə uyğun olaraq vermişəm. Etdiyim təklif bundan ibarətdir. Ancaq həmin jurnalist olmayan şeyləri iddia edir. Bu məsələ ilə bağlı həmin ilin 5-6 mart tarixlərində mənim çıxışım olmayıb. Çıxış etmişəm, ancaq başqa şeylərdən danışmışam. Ayaz Mütəllibovun məcburi istefaya göndərilməsini demokratiyanın təntənəsi kimi təqdim edən insanların yanlış düşündüyünü bildirmişəm. Demişəm ki, əzizlərim, nə özümüzü, nə də xalqı aldadaq. Bunun faktiki olaraq dövlət çevrilişi olduğunu demişəm. Ancaq siyasi partiyaların və parlamentin buraxılması ilə bağlı dediklərim isə sırf müharibə şəraiti ilə bağlıdır və vətən müharibəsi zamanı idarəçilik modelini misal olaraq göstərərkən demişəm".

Tarix
2014.02.27 / 15:23
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Türkiyəyə raket atıldı, Fidan Arakçıya zəng etdi

Hörmüz bağlandı – Tramp dərhal hərəkətə keçdi

Kobaxidzedən Paşinyana: Bakı ilə əlaqələr...

İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla