Yuxarı

“Türkiyənin Qarabağla bağlı elə bir şansı var ki...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Türkiyənin Qarabağla bağlı elə bir şansı var ki...”

Ankara və Moskva arasındakı gərginlik Türkiyənin regiona təsirlərini azaldırdı.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib. Politoloq Ankara-Moskva barışmasının regiondakı proseslərə, xüsusilə Qarabağ məsələsinə müsbət təsir edəcəyini deyib:

"İki ölkə arasında münasibətlər yaxşı olduğu halda Rusiya, o cümlədən Türkiyə ilə danışıqlar aparılaraq Qarabağ prosesinə təsir imkanları genişləndirilir. Ona görə də Ankara-Moskva münasibətlərinin yaxşılaşmasını alqışlamaq lazımdır. Ancaq bu, bilavasitə Türkiyənin Qarabağ probleminin həllində vasitəçilik etməsinə gətirib çıxarmayacaq. Azı ona görə ki, Türkiyənin Ermənistanla öz problemləri var, üstəlik, heç diplomatik əlaqələri də yoxdur. Ancaq burada daha vacib və çox önəmli bir məqam - Türkiyənin Rusiya ilə Qarabağ münaqişəsi ilə əlaqədar çox ciddi danışıqlar aparmaq imkanı əldə etməsidir".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə rusiyalı həmkarına məktub yazaraq, Su-24 hadisəsinə görə təəssüfləndiyini, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamadığını bildirib. Bundan sonra iki ölkə arasında münasibətlər qaydaya düşməyə başlayıb.

Liderlər arasında görüş avqustun ilk on günlüyündə, Rusiyada baş tutacaq.

Tarix
2016.07.23 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla