18:15
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 24 iyun tarixli 302-VQD nömrəli
Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək və həmin Qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı
şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı
yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq
işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında sərəncam
imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonunda Füzuli
meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi,
yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə
əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş)
milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək
tapşırılıb.
***
19:13
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi"nin təsdiq
edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis
Akademiyasının Nizamnaməsi" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
***
Prezident İlham Əliyev "2016-cı ildə vergi sahəsində
aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi
inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların
istiqamətləri" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi üç ay
müddətində:
2.1. "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların
istiqamətləri" nəzərə alınmaqla vergi qanunvericiliyinin
təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının,
xüsusilə kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş
tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə
inzibatçılığı təkmilləşdirsin;
2.3. vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və
nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını
təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin
iştirakını təmin etsin;
2.4. nümunəvi vergi ödəyicisi üçün meyarları müəyyən etsin,
həmin vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığını
sadələşdirsin və ünvanlı xidmətlərin əhatə dairəsini
genişləndirsin;
2.5. vergi qanunvericiliyinə əməl edən nümunəvi vergi
ödəyiciləri və vergi qanunvericiliyində mütəmadi olaraq nöqsanlara
yol verən intizamsız vergi ödəyiciləri ilə bağlı məlumatları
Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet
səhifəsində yerləşdirərək ictimaiyyətə açıqlasın;
2.6. vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa
təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq
dairəsini genişləndirsin və bu sahədə keçirilən vergi
yoxlamalarının keyfiyyətini artırsın;
2.7. müasir standartlara uyğun olaraq vergi ödəyicilərinə
göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzində
beynəlxalq təcrübədə tətbiq olunan "Outbound Call Centre" (geriyə -
müştəriyə zəng xidməti) funksiyalarının tətbiqini təmin etsin;
2.8. real vergi potensialının düzgün müəyyən olunması, vergi
nəzarətinin keyfiyyətinin artırılması və nəzarət tədbirlərində
şəffaflığın təmin edilməsi məqsədilə informasiya texnologiyalarının
nailiyyətlərindən istifadə olunmaqla risklərin avtomatik emal
edilməsinə, təsnifləşdirilməsinə, təhlilinə və vergi ödəyicilərinin
risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risk
qiymətləndirmə sistemini yaratsın;
2.9. borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən
edilməsi və onların aid olduğu risk qrupundan asılı olaraq,
borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə
alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsini və
inzibatçılığın təkmilləşdirilməsini təmin etsin;
2.10. vergi orqanları ilə vergi ödəyicilərinin qarşılıqlı
fəaliyyətinin səmərəli təşkili məqsədilə vergi bəyannamələrinin
formalarını təkmilləşdirsin;
2.11. vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət
edilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə
dublikatının alınması, ASAN imzanın dəyişdirilməsi, fəaliyyətin
dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
4.1. üç ay müddətində Azərbaycan Respublikasının Vergilər
Nazirliyi ilə birlikdə Vergilər Nazirliyinin fəaliyyətində
səmərəliliyin artırılması və dövlət büdcəsindən yayındırılmış vergi
borclarının alınması ilə bağlı icra olunmayan məhkəmə qərarlarının
icrası məqsədilə qanunvericiliyin bu sahədə tələbini pozan şəxslər
barəsində tədbirlərin daha operativ şəkildə həyata keçirilməsini,
bununla bağlı icraat prosesinin sadələşdirilməsi istiqamətində
qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsini
və icra olunmamış məhkəmə qərarlarının sayının azaldılması üçün
daha çevik mexanizmlərin müəyyən edilməsini təmin etsin;
4.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu Sərəncama
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin".