Axar.az Türkiyə-Avropa Birliyi parlamentlərarası
müştərək komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının (AK
Parti) İstanbul millət vəkili Əhməd Bərat Çonkarın APA-ya müsahibəsini təqdim edir:
- Hərbi çevriliş cəhdindən sonra Qərbin Türkiyəyə qarşı
səmimiyyəti sorğu-sualı başladı. Bu barədə nə demək
istəyərdiniz?
- 15 iyulda ölkəmiz öz tarixinin ən ağır və alçaq hücumlarından
birinə şahid oldu. Başda prezident olmaqla, seçilmiş hökumətimiz,
ölkəmizin müstəqilliyi və demokratiyası total hücuma məruz qaldı.
Türkiyə Silahlı Qüvvələri içərisində yuvalanmış Fətullahçı Terror
Təşkilatı-FETÖ-yə mənsub olan alçaqların yaratdığı xunta
prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə millətimizin arasında olan
güclü bağı qoparmaq, dövlətin millətlə barışmasına mane olmaq üçün,
əslində xaos çıxarmaq və işğal əməlləri törətməyə cəhd etdi. O
saatlarda mənim də içində olduğum Türkiyə Böyük Millət Məclisi
ölkəmizi qoruma məsuliyyəti daşıyan pilotların sürdüyü öz
təyyarələrimiz tərəfindən bombalandı. Prezidentimizin iqamətgahı,
Milli Kəşfiyyat Təşkilatımız, Peyk Kommunikasiya Mərkəzimiz, polis
idarələrimiz və meydanlardakı xalqımız bütün dünyanın izlədiyi
görüntülərdəki alçaqlıq və xəyanətlə üz-üzə gəldi. Əlbəttə, biz bu
çevriliş təşəbbüsünün əcnəbi bağlantılarını, beynəlxalq dəstəyini,
Türkiyəyə qarşı nə edilmək istəndiyini çox yaxşı bilirik.
Normallaşan, inkişaf edən və müstəqilliyinə sahib çıxan Türkiyədən
narahat olan strukturlar, ölkəmizi hər sahədə sıxışdırmaq, öz
yanlış və çirkin təşkilatlarına təslim olmağa məcbur etmək üçün bir
müddətdən bəri hücumlarını sıxlaşdırmışdılar. Amma bu günə qədərki
hücumların heç birindən istədikləri nəticəni ala bilmədilər. Nə
Gəzi təhdidində, nə 17-25 dekabr prokurorluq çevrilişi cəhdindən,
nə də maşa kimi istifadə etdikləri terror təşkilatlarının
şiddətləndirilən aksiyalarından umduqlarını əldə edə bildilər.
Türkiyəmizin yalnızlaşdırılması məqsədiylə tədavülə daxil etdikləri
layihələri də hökumətimizin xarici siyasətdəki manevrləriylə puça
çıxarılınca, nəhayət, bu cür alçaq bir işğal addımını atmaq
istədilər. Amma bu hücumları da prezidentimizin güclü liderliyi,
hökumətimizin qərarlılığı, vətənsevər təhlükəsizlik qüvvələrimizin
təşəbbüsü öz üzərlərinə almaları, amma bunların hamısından çox-çox
önəmlisi- millətimizin fərasəti, müqaviməti, qibtə ediləcək
cəsarəti, vətənsevərliyi və qəhrəmanlığı ilə puça çıxarıldı və əli
qanlı terror təşkilatının üzvü olan xainlər cinayət üstündə
yaxalandılar. Beynəlxalq miqyaslı qaranlıq mərkəzlərin uzun
illərdən bəri himayə etdikləri xəyanət təşkilatları və aktyorları
böyük ölçüdə və açıq-aşkar deşifrə oldular. Bütün bunlar baş
verərkən Qərb ölkələrindən, ABŞ-dan, NATO-dan lazımi reaksiyaları
görə bildikmi? Əlbəttə ki, xeyr. Demokratiyanın və onun daşıdığı
dəyərlərin beşiyi olduğunu iddia edən Qərb dünyası
siyasətçiləriylə, sahib olduqları media qurumlarıyla,
təşkilatlarıyla, təəssüf ki, demokratiyanın tərəfində dura
bilmədilər. Bu alçaqca çevriliş təşəbbüsünün uğursuz olduğu
anlaşılıncaya qədər, Qərb lazım olan reaksiyanı göstərmədi. Sonra
isə çox gec sayıla biləcək və mənasını itirən bəzi zəif açıqlamalar
verildi. Ağıl almaz səviyyədə ekstremizmdən istifadə edilərək,
mülki insanlar qətl edilərək həyata keçirilməyə çalışılan bu
çevriliş bir çox Qərb ölkəsi və onların media qurumları tərəfindən
normal bir hərəkət kimi göstərildi. Hətta bəzi ölkələrin
səlahiyyətli şəxsləri və media qurumları bu alçaq təşəbbüsün uğur
qazanmamasından hiss etdikləri üzüntünü gizləyə bilmədilər ki, biz
bunu təxmin etməzdik. Əli qanlı xainlərə "Bu cür etsəydiniz, daha
yaxşı olardı"- deyərək onlardan umu-küsü də etdilər ki, bu da
onların niyyətlərini ortaya qoydu. Meydanlarda demokratiyaya sahib
çıxan, həyatları bahasına bu çevriliş təşəbbüsünün qabağını alan
Əziz Millətimizi təhqir etmə və aşağılama yolunu tutdular. Öz
iradəsinə sahib çıxmaq üçün prezidentimizin təlimatıyla meydanlara
enən, hərbi təyyarələrə, vertolyotlara, tanklara, silahlara və
güllələrə ürəkləriylə və bədənləriylə müqavimət göstərən
millətimizin bu əsalətli davranışını "Xalq çevrilişi təbrik edir",
"Küçələrdə dünyəviliyiə qarşı mitinqlər keçirilir", "Türkiyənin son
ümidi də öldü", "Demokratiyanı təhlükəyə atan xalq"- manşetləriylə
gerçəkləri təhrif edən və insanların təsəvvürünü dəyişdirmə
əməliyyatları keçirən bir Qərb mediası gördük. Bir çox Qərb
ölkəsinin media qurumlarına isti-isti həqiqətləri ifadə edən
açıqlamalar verməyimizə baxmayaraq, o müsahibələrimizi də təhrif
etdilər. Qərb ölkələrinin və media qurumlarının mövqeyi, əlbəttə
ki, sorğu-suala çəkilməkdədir. Demokratiyasına, azadlığına, mənəvi
dəyərlərinə sahib çıxmış xalqımızdan onların almaları lazım olan
çox dərs vardır. "Demokratiyanın beşiyi bizik"- deməklə demokrat
olunmur. Təbii ki, bu nöqtədə Qərbdən sayı az da olsa, verilən və
demokratiyanı dəstəkləyən açıqlamalara görə onlara təşəkkür edirik.
Bu imtahandan keçməyənləri də demokrat olmağa, sözdə müdafiə
etdikləri mənəvi dəyərlərə sahib çıxmağa, səmimi olmağa dəvət
edirik. Bundan əlavə, bir cəhəti də diqqətinizə çatdırmaq
istəyirəm. Demokratiyanın tərəfində dura bilməyən və ya tərəfində
durmaqda çətinlik çəkən bəzi Qərbli sözdə demokratlar indi uğursuz
çevriliş təşəbbüsünün əliqanlı, xain və alçaq aktyorlarını qorumağa
çalışırlar. Ölkəsinin təyyarəsiylə, tankıyla, tüfəngiylə öz
vətəndaşlarının üstünə bomba yağdıran xainlərin ekstremizmini
görməzdən gələrək həbs edilən bu əliqanlı terrorçuların həbsdə
döyülmələrinə və işgəncəyə məruz qalmalarına dair iddiaları
ekranlarında və köşələrində əks etdirərək Türkiyəyə insanlıq
öyrətmək kimi qəribə bir mövqe nümayiş etdirirlər. Türkiyəyə
insanlıq dərsi verməyə çalışanların, hər şeydən əvvəl, özlərini
bütün cəhətləriylə daxili haqq-hesaba çəkmələrinin yaxşı olacağını
düşünürəm. Bu alçaq təşəbbüsün üzərindən 3 həftədən çox vaxt keçdi,
ancaq hələ də Qərbdəki dostlarımızın ölkəmizə təsəlli ziyarətinə
gəlməmələri çox düşündürücüdür. Qərb Türkiyənin dostluğunu
itirməməli, Türkiyəni etibardan salma təşəbbüslərindən uzaq
durmalıdır. Eyni zamanda, islamofobik mövqeyindən və baxışından bir
an əvvəl xilas olmalıdır.
Azərbaycan Türkiyə ilə qardaşlığın tələb etdiyi bütün
addımları atdı. Qərb dünyasından səs çıxmazkən və hətta bəziləri
buna sevinərkən hörmətli Əliyevin, bu hücumu Türk millətinin milli
mənafeyinə, ölkənin demokratik strukturuna və hüququn üstünlüyünə
bir zərbə kimi dəyərləndirməsi, Azərbaycan xalqının həmişə Türk
millətinin yanında olduğunu qeyd etməsi, demokratik yolla seçilmiş
hökuməti axıra qədər qeydsiz-şərtsiz dəstəklədiyini ifadə etməsi,
şəhidlərimizə rəhmət diləməsi o təlaş içində belə millətimizin
yaddaşına həkk olub. Hörmətli İlham Əliyev baş vermiş bu hadisəni
Türk millətinə, onun iradəsinə və xalqın seçiminə qarşı törədilmiş
dəhşət verici cinayət kimi xarakterizə edərək, dünya ictimaiyyəti
qarşısında öz mövqeyini ortaya qoydu
- Bu çevriliş cəhdi Türkiyə siyasətində indiyə qədər
müşahidə olunmayan birlik yaratdı...
- Təbii ki, millətimizə və dövlətimizə qarşı həyata keçirilmiş
bu qanlı və alçaq hücum millətimizin prezidentimizə və Ak Parti
hökumətinə müxalif də olsa, qeyd etdiyimiz mənəvi dəyərlərə sahib
çıxmasıyla bərtərəf edildi. Millətimiz bu alçaqlığın səviyyəsini,
arxasındakı xainləri, xaricdəki əlaqələrini və terrorçuların
niyyətini çox tez gördü. Əslində uzun müddətdən bəri
prezidentimizə, onun simasında millətimizə və dövlətimizə edilən
hücumlar və bu hücumları təşkil edənlərin niyyətləri millətimizə
məlum olmuşdu. Ona görə hər dəfə "Dik dur, əyilmə, bu millət
səninlə", "Menderesi və Özalı aradan götürdülər, Tayyib bəy, sənin
aradan götürülməyinə icazə verməyəcəyik" –kimi şüarlar meydanlarda
ortaya çıxdı. Bu alçaq hücumun yaşandığı ilk dəqiqələrdə mən də
daxil olmaqla, TBBM-yə çox çətin şəraitdə gəlib çıxa bilən iqtidar
və müxalifət partiyasından olan millət vəkilləri Məclisimizi
bombalayan bu alçaq xainlərə ilk mesajlarını buradan verdilər.
Hörmətli prezidentimizin müraciətiylə ölkəsini sevən hər kəs küçə
və meydanları doldurdu, strateji qurumların işğalına əngəl olmaq
üçün, canları bahasına qalxan olaraq çevrilişə cəhd edən xainlərin
qarşısını aldılar. Hətta silahsız xalq böyük cəsarət nümunəsi
göstərərək silahlıları təslim aldı. Bütün siyasi partiyaların
liderləri bu alçaq təşəbbüsə qarşı çıxdıqlarını elan etdilər. Media
qurumlarımızın çoxu qəti milli mövqe nümayiş etdirdi. Türkiyədəki
bütün dini icmalar, QHT-lər, iş adamlarımız, idman klublarımız,
sənət ictimaiyyətimiz, xaricdəki Türk dərnəkləri çiyin-çiyinə verib
müştərək mövqedən çıxış etdilər. Dediyiniz kimi, 15 iyuldan bəri
ölkəmizdə tolerantlılıq, konsensus, qardaşlıq zirvəyə çatdı.
Millətimiz düşmənə qarşı sıralarını sıxlaşdırdı. Başda hörmətli
prezidentimiz olmaqla, hörmətli baş nazirimiz, siyasi partiyaların
liderləri məhkəmə iddialarını geri çəkərək bu qardaşlıq iqliminin
daha da güclənməsinə xidmət etdilər. Bu gün bu alçaq təşəbbüsün
üzərindən 3 həftədən də çox keçməsinə baxmayaraq, millətimiz hər
təbəqəsiylə meydanları tərk etmir, coşqu və qələbəlik hər gün daha
da artır. Millətimiz öz iradəsinə sahib çıxaraq meydanlardakı
növbələri davam etdirir. Allahın izniylə, millətimizin hər bir
nümayəndəsi öz məsuliyyəti çərçivəsində hərəkət edəcək və
ölkəmizdəki qardaşlıq iqliminin daha da sağlamlaşdırılması üçün bu
alçaq hücumu fürsətə çevirəcək. Çoxu deşifrə olmuş əli qanlı
xainlərin və onlardan maşa kimi istifadə edən xaricdəki
himayədarlarının bundan sonrakı mərhələdə millətimizin üzərində
oynamağa çalışacağı çirkli oyunlara və separatist qısqırtmalara da
lazımi cavablar veriləcək.
- Çevriliş cəhdindən sonra Türkiyənin mövqeyini və
atdığı addımları dünya ictimaiyyətinə anlatması istiqamətində hansı
örnəkləri verə bilərsiniz?
- Əslində dünyanın gözü önündə cərəyan edən, canlı yayınlarda
dəqiqə-dəqiqə çox yaxından izlənilən bu təşəbbüsü çox da anlatmağa
ehtiyac varmı? Bilmirəm. Bu qanlı təşəbbüs başlayan kimi bir
tərəfdən, onu basdırmaqla bağlı işlər görülərkən digər tərəfdən,
diplomatiyanın bütün kanallarından istifadə edilərək dövlətimizin
idarəçiləri və qurumlarımız xariclə əlaqələrə başlayıb. Və bu
təmaslar bu gün də sıx şəkildə davam etdirilməkdədir. Bəzi ölkələrə
iqtidar və müxalifətdən olan millət vəkillərimizin səfərləri davam
edir. Nazirliklərimiz əlaqədar ölkələrdəki həmkarlarına vəziyyətlə
bağlı obyektiv məlumatlar göndərirlər. Parlamentlərarası bütün
dostluq qruplarımız xaricdəki həmkarlarıyla daima əlaqədədirlər. Bu
çərçivədə mən Türkiyə-AB müştərək parlament komissiyasının sədri
kimi qısa müddət əvvəl AP-dəki 747 millət vəkilinə, AP-dəki siyasi
partiyaların fraksiya sədrlərinə məktub və TBMM-dəki partiyaların
müştərək bəyanatını göndərərək həqiqətləri onlara bildirdim,
gözləntilərimi ifadə etdim. Bundan əlavə, uzun illərdən bəri
yaratdığım şəxsi əlaqələrim sayəsində əcnəbi ölkələrin
siyasətçilərinə, diplomatlara, alimlərə, QHT rəhbərlərinə məktublar
göndərərək vəziyyəti obyektiv şəkildə izah etmişəm, onlardan da
mövqe tələb etmişəm. Ak Parti baş qərargahında əcnəbi medianın
Türkiyədəki təmsülçiləriylə görüşdük. İlk dəqiqələrdən başlayaraq,
hamımız əcnəbi mediaya açıqlamalar verdik. Xüsusilə, hörmətli
prezidentimiz və hörmətli baş nazirimiz əcnəbi mediaya açıqlamalar
verərək Türkiyənin haqlı mövqeyini dünyaya izah etdilər. Amma
əvvəldə də dediyim kimi, bütün bunlar anlamaq istəyənlərə, özünə
sayğı duyanlara və bütün şərtlərdə demokratiyaya, azadlıqlara,
insan haqlarına sahib çıxan və bu məsələlərdə tutarlı davrananlara
anlamlıdır. Əgər belə deyilsə, siz nə edirsiniz-edin, başqa
haqq-hesabları olanlar bundan öz paylarını almayacaqlar. Başda ABD
və AB-nin bir çox ölkəsi, Qərbdəki təşkilatların çoxu, oralardakı
media qurumları bu məsələdə yaxşı imtahan verə bilməyərək onsuz da
yaxşı olmayan imiclərini daha da zədələyiblər.
- Çevriliş cəhdindən çox keçmədən Azərbaycan Türkiyənin
xalq tərəfindən seçilmiş prezidentinə, Məclisinə və hökumətinə
qeydsiz-şərtsiz dəstəyini ifadə etdi...
- Azərbaycan Türkiyə ilə qardaşlığın tələb etdiyi bütün
addımları atdı. Qərb dünyasından səs çıxmazkən və hətta bəziləri
buna sevinərkən hörmətli Əliyevin, bu hücumu Türk millətinin milli
mənafeyinə, ölkənin demokratik strukturuna və hüququn üstünlüyünə
bir zərbə kimi dəyərləndirməsi, Azərbaycan xalqının həmişə Türk
millətinin yanında olduğunu qeyd etməsi, demokratik yolla seçilmiş
hökuməti axıra qədər qeydsiz-şərtsiz dəstəklədiyini ifadə etməsi,
şəhidlərimizə rəhmət diləməsi o təlaş içində belə millətimizin
yaddaşına həkk olub. Hörmətli İlham Əliyev baş vermiş bu hadisəni
Türk millətinə, onun iradəsinə və xalqın seçiminə qarşı törədilmiş
dəhşət verici cinayət kimi xarakterizə edərək, dünya ictimaiyyəti
qarşısında öz mövqeyini ortaya qoydu. Azərbaycan xarici işlər
naziri Elmar Məmmədyarov xarici işlər nazirimiz Mövlud Çavuşoğluna
zəng edərək, Azərbaycan xalqının və dövlətini dəstəyini bir daha
təkrarladı. Həmçinin hər iki ölkənin prezidentləri arasıdna telefon
danışığı oldu. Bundan əlavə, Azərbaycan-Türk Sənayeçi və İş
adamları Cəmiyyəti, TBMM-nin bombalanması nəticəsində xarabalığa
dönmüş baş nazirimizin oradakı kabinetinin girişinə Türkiyə və
Azərbaycan bayraqlarını yanaşı asmış, hörmətli prezidentimizin
"Meydanlara çıxın!"- təlimatından sonra Azərbaycanlı
qardaşlarımızın Bakıda səfirliyimizin qabağında növbə tutmuşdur.
Türkiyədəki növbə tutmalarda Azərbaycanlı qardaşlarımızın daima
aktiv rol oynaması başqa söz deməyə gərək qoymur. İki ölkə
həqiqətin və qardaşlığın işığında gələcəyə doğru müştərək addımlar
atacaq. Bunu vəsilə bilərək sizin vasitənizlə mən də qardaş
Azərbaycana təşəkkürlərimi bildirirəm.