Yuxarı

BƏƏ-nin ardınca daha 2 ərəb ölkəsi Qafqaza can atacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BƏƏ-nin ardınca daha 2 ərəb ölkəsi Qafqaza can atacaq

Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri məhsuldar keçir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birincisi, səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı mövzuları müzakirə edildi.

İkincisi, İlham Əliyev Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin silahlı qüvvələri arasında birgə hərbi təlimlərini izlədi.

Üçüncüsü, İlham Əliyev Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdü və iki lider sülh quruculuğunun növbəti mərhələsini müzakirə etdilər. İlham Əliyev və Nikol Paşinyan ötən ilin 8 avqust Vaşinqton görüşündən bir ay əvvəl də məhz Əbu-Dabidə görüşmüşdülər”, - ekspert vurğulayıb.

O əlavə edib ki, BƏƏ Azərbaycanla yanaşı Ermənistana da yatırımlarının həcmini artırıb:

“BƏƏ-nin Azərbaycanla birgə hərbi təlimlər keçirməsi bu ölkənin Cənubi Qafqazda möhkəmlənməsi istəyindən xəbər verir. Azərbaycanın Səudiyyə Ərəbistanı və Qətərlə də sıx əməkdaşlığı var. Ancaq hiss olunur ki, BƏƏ fəallığı ilə Cənubi Qafqazda bu iki ölkəni qabaqlamağa çalışır. Körfəz ölkələri tərəfdaş sayılsalar da, aralarında rəqabət də var. Odur ki, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan və Ermənistanla artan tərəfdaşlığını müşahidə edən Səudiyyə Ərəbistanı və Qətər də Cənubi Qaqafzda möhkəmlənmənin yeni yollarını arayacaqlar”.

Tarix
2026.02.04 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla