Yuxarı

Tehran İstanbuldan imtina etdi, Omanı seçdi - Görüş məhv oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehran İstanbuldan imtina etdi, Omanı seçdi - Görüş məhv oldu

İran Türkiyənin əlini havada buraxdı. Türkiyə bölgədə müharibənin qarşısını almaq üçün Vaşinqtonla Tehran arasında vasitəçilik təşəbbüsləri ilə çıxış etdi, İranın xarici işlər naziri Abbas Arakçı mütəmadi olaraq türkiyəli həmkarı Hakan Fidanla təmas qurdu, danışıqlar aparıldı. Hakan Fidan Abbas Arakçı ilə Trampın müşaviri Uitkofun İstanbulda görüşünü təşkil etməyə hazırlaşdığı ərəfədə Tehrandan qəribə mesaj gəldi: “Görüşün Türkiyədə deyil, Omanda keçirilməsini istəyirik”. Tehran Türkiyənin vasitəçiliyindən niyə imtina etdi? Bu tarixi rəqabət, yoxsa Türkiyənin bölgədə artan rolu ilə əlaqələdir? Bir sözlə, Tehran Türkiyənin yaxşılığına məntiqsiz cavab verdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ və İran arasında Omanda razılaşdırılan görüşün ləğvi haqda yayılan xəbərə şərhində qeyd edib.

“İran mühafizəkarları ABŞ təmsilçiləri ilə ancaq uranın zənginləşdirilməsi mövzusunu müzakirə edə biləcəklərini, digər mövzuları (ballistik raket istehsalını azaltmaq, proksi qüvvələrə dəstəkdən imtina) müzakirə etməyəcəyəklərini açıqlayıblar. Belə olan halda Vaşinqton görüşün baş tutmayacağını açıqlayıb.

Masa dağıldı. Daha bir fürsət qapısı bağlandı. Ağ Ev “Xudahafiz” dedi”, - o bildirib.

Qeyd edək ki, “Axios” Omanda 6 fevralda nəzərdə tutulan görüşün ləğv edildiyi haqda məlumat yayıb.

Tarix
2026.02.04 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət əleyhinə çağırışlar yayan bu 7 nəfər axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla