Yuxarı

ADU və Sunqşil Universiteti Anlaşma Memorandumu imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU və Sunqşil Universiteti Anlaşma Memorandumu imzaladı

Azərbaycan Dillər Universiteti ilə (ADU) Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Sunqşil Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tədbirdə çıxış edərək, son illər ADU ilə xarici ölkə universitetləri arasında elmi, mədəni əməkdaşlıq istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini bildirib.

“Bu gün əlamətdar bir gündür. ADU-da növbəti dil və mədəniyyət mərkəzi fəaliyyətə başladı. Mərkəzin fəaliyyətə başlaması ilə qardaş Özbəkistan xalqının dili, mədəniyyəti, tarixi və ədəbiyyatının öyrənilməsi, tədqiq olunması istiqamətində mühüm işlərə imza atılacaq. Bu ADU-nun növbəti uğurudur.

Həmçinin bu gün biz Cənubi Koreyanın Sunqşil Universiteti ilə əməkdaşlıq haqqında müqaviləni imzalayacağıq. Bu müqavilənin hər iki ölkənin elmi, mədəni münasibətlərinin inkişafına töhfə verəcəyinə inanırıq. Koreya dilinin tədrisi və öyrənilməsi ilə bağlı ADU-da fəaliyyət göstərən Koreya dili və mədəniyyəti mərkəzi öz üzərinə düşən işin öhdəsindən layiqincə gəlir. Tələbələrimiz Koreya dilinə, mədəniyyətinə, tarixinə və ədəbiyyatına böyük maraq göstərirlər. Bu da sevindirici haldır.

İnanıram ki, Koreyada fəaliyyət göstərən universitetlərdən birində də Azərbaycan dili və mədəniyyəti mərkəzinin faəliyyəti ilə bağlı qərar qəbul ediləcəkdir. Bu qarşılıqlı elmi və mədəni əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələr bizə müəllim-tələbə mübadiləsi, elmi konfranslar və təcrübə imkanlarının dəyərləndirilməsi üçün zəruridir”, - akademik qeyd edib.

Daha sonra çıxış edən Koreya Tədqiqatlar İnstitutunun direktoru Ça Bong Jun Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu ifadə edərək, ADU-nun beynəlxalq əlaqələrə verdiyi önəmi yüksək qiymətləndirib. İmzalanan Memorandumun iki ölkə arasında akademik körpünün möhkəmlənməsinə xidmət edəcəyini və bu əməkdaşlığın uzunmüddətli perspektivdə uğurlu nəticələr verəcəyi qeyd olunub.

Çıxışlardan sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Tədbirin sonunda qarşılıqlı əməkdaşlıq imkanları, gələcək birgə fəaliyyət istiqamətləri və konkret addımlar ətrafında geniş müzakirələr aparılıb.

Tarix
2026.02.05 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla