Yuxarı

Ölümü ilə dünya gündəmini zəbt edən El Menço kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölümü ilə dünya gündəmini zəbt edən El Menço kimdir?

Planetin ən çox axtarılan "Xalisko Yeni Nəsil" narkokartelinin "El Menço" ləqəbli liderinin məhv edilməsi xəbəri dünya gündəmini zəbt edib. Hərbi əməliyyatlarla zərərsizləşdirilən narkobaron, əslində, kimdir? Necə oldu ki, keçmiş bələdiyyə polisi olan El Menço Pablo Eskobar və El Çapo ilə müqayisə olunan bir narkotik baronuna çevrildi?

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, əsl adı Nemesio Ruben Osequera Servantes olan El Menço 1966-cı ildə Miçoakan ştatının Akvililya şəhərində anadan olub. Fəaliyyətinə narkotikin qanunsuz becərilməsi ilə başlayan Osequeranın kriminal karyerası ABŞ-a mühacirət etdikdən sonra başlayıb. Ancaq ABŞ-da törətdiyi cinayətlərə görə bir neçə dəfə həbs edildikdən sonra o, Meksikaya deportasiya edilib.

Vətəninə qayıdandan sonra Osequera bələdiyyə polisi vəzifəsində çalışıb. Lakin çox keçmədən mütəşəkkil cinayətkar qruplaşmalara qoşulub. Əvvəlcə "Milenio" karteli daxilində fəaliyyət göstərsə də, 2010-cu ildə "Xalisko Yeni Nəsil” kartelini qurub. Onun rəhbərliyi altında "Xalisko Yeni Nəsil" qrupu sintetik narkotik ticarətində ixtisaslaşaraq ABŞ-da ən böyük fentanil təchizatçısına çevrilib.

"Xalisko Yeni Nəsil" təşkilatı ABŞ tərəfindən "xarici terror təşkilatı" kimi tanınıb. Bundan başqa, ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsinin rəsmiləri "El Menço"nun təhlükə səviyyəsini Pablo Eskobarla müqayisə edərək, onun tutulmasına görə 15 milyon dollar mükafat təklif edib.

Məlumata görə, kartel lideri Nemesio Osequera təkcə 15 ildə Meksikanın 25-dən çox əyalətində, dünyanın isə 40-dan çox ölkəsində aktiv qrupları olan cinayətkar imperiya qurub.

Tarix
2026.02.23 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla