Yuxarı

Evi 10 minlik elektrik borcu ilə tərk edən köçkün danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evi 10 minlik elektrik borcu ilə tərk edən köçkün danışdı

Ötən həftə yayımlanan videosujetdə keçmiş məcburi köçkünün 33 il məskunlaşdığı mənzilidə elektrik enerjisinə görə 10 min 47 manat borcu yaranması müzakirələrə səbəb olmuşdu.

Axar.az xəbər verir ki, bununla bağlı həmin keçmiş məcburi köçkün Balakişi Allahverdiyev Teleqraf-a açıqlama verib.

Onun sözlərinə görə, binada qaz və su olmayıb:

"Suyu sakinlər binaya çəkib. Qışda istilik sistemi olmadığından elektrik enerjisindən istifadə etmişik. Nəticədə də 10047 manat borc yaranıb. Mənzildən çıxarkən heç bir məişət tullantısı qoymamışam, o cümlədən söküntü işləri də aparmamışam".

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsindən isə bildirilib ki, Komitə tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində İsa Musabəyova məxsus mənzildə müvəqqəti məskunlaşmış Allahverdiyev Balakişi Şəmsəddin oğlunun elektrik enerjisindən istifadəyə görə yaranmış borcu ilə bağlı məsələ araşdırılıb. Nazirlər Kabinetinin 17 fevral 2017-ci il tarixli 55 nömrəli qərarına əsasən, vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərə istifadə etdikləri elektrik enerjisi üçün aylıq adambaşına 300 kilovat-saat həcmində dövlət hesabına güzəşt tətbiq olunur. Ailə başçısı – Balakişi Allahverdiyevə ümumilikdə 2026-cı ilin yanvar ayınadək adambaşına aylıq 300 kilovat-saat olmaqla, 5 nəfər üçün cəmi 1500 kilovat-saat həcmində elektrik enerjisi üzrə güzəşt tətbiq edilib.

Qeyd olunan halda yaranmış borc müəyyən edilmiş limitdən artıq istehlak nəticəsində formalaşıb. Qanunvericiliyə əsasən, limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı maliyyə öhdəliyi mövcud deyil. Kommunal xidmətlərdən istifadəyə görə ödənişlərin yığılması aidiyyəti qurumlar tərəfindən həyata keçirilir.

Dövlət Komitəsi bir daha bildirir ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir və daxil olan hər bir müraciət qanunvericiliyə uyğun qaydada fərdi şəkildə araşdırılır. Vətəndaş müraciət rəsmi qaydada daxil olduğu təqdirdə qanunamüvafiq baxılacaqdır.

Tarix
2026.02.25 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla