Yuxarı

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Rusiyanın Bakıdakı səfirliyi Azərbaycana təşəkkür edib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi öz Teleqram kanalında paylaşım edib.

Səfirlik İrandan sərhəd keçid icazələrinə operativ qaydada baxılması da daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlıq bildirib:

"Rusiyanın Azərbaycandakı səfirliyi Astara sərhəd keçid məntəqəsindən İranı tərk edən Rusiya vətəndaşlarına yardım göstərir. Sərhəd keçid icazələrinin tez bir zamanda işlənməsi də daxil olmaqla, göstərdiyi köməyə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildirmək istərdik".

O da qeyd edilib ki, hazırda 500-ə yaxın Rusiya vətəndaşı İrandan Azərbaycana keçmək hüququna malik şəxslər siyahısındadır.

Tarix
2026.03.01 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla