Yuxarı

ABŞ 48 saatda 30 təyyarə göndərdi: Hücum başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ 48 saatda 30 təyyarə göndərdi:

ABŞ-ın İran ətrafına hərbi qüvvələr toplaması intensivləşib. Son 48 saatda təkcə Almaniyadan Fars körfəzi yaxınlarına ən azı 30 hərbi yük təyyarəsi uçub. Təyyarələrin hamısı ABŞ Hərbi Hava Qüvvələrinə məxsusdur, onlardan 29-u C-17A Globemaster III təyyarəsi, biri isə C-130J-30 Herkules təyyarəsi olub.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

“Uçuşlardan 18-i ümumiyyətlə Yaxın Şərq istiqamətində qeydə alınıb; təyyarələrdən 7-si İsrailə, 4-ü isə İordaniyaya enib.

ABŞ Hərbi Hava Qüvvələrinin məlumatlarına görə, C-17 təyyarələri təxminən 77,5 ton yük daşıya bilir və sürətli hərbi daşımalarda istifadə olunur. C-130J-30 təyyarələrinin isə 128 əsgər və ya qarışıq yük daşımaq qabiliyyətinə malik olduğu deyilir.

Bundan əlavə, ABŞ bölgəyə üç təyyarədaşıyan gəmi göndərib: “USS Corc Buş”, “USS Abraham Linkoln” və “USS Gerald R. Ford”. Bu təyyarədaşıyan gəmilərdə təxminən 15.000 əsgər, 200 qırıcı təyyarə və helikopter yer alır. Eləcə də 12 hərbi gəminin ABŞ təyyarədaşıyanlarını müşayiət etdiyi bildirilir.

Bununla belə, ABŞ-ın 15 min əsgərlə İrana qarşı genişmiqyaslı quru əməliyyatına başlaması mümkün deyil. Görünən budur ki, Pentaqonun məqsədi Hörmüz boğazında mühasirəni getdikcə daraltmaq və İranın bəzi mühüm strateji obyektlərini bombardman etməkdir”, - politoloq vurğulayıb.

Tarix
2026.05.01 / 10:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla