Yuxarı

Ali Rada Ukraynanın azadlığı uğrunda Bəyannamə qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali Rada Ukraynanın azadlığı uğrunda Bəyannamə qəbul etdi

Ali Rada martın 20-də Ukraynanın azadlığı uğrunda mübarizə haqqında Bəyannamə qəbul edib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bəyannamədə dünya parlamentlərinin və hökumətlərinin, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, Ukrayna xalqı ölkənin ayrılmaz hissəsi olan, Rusiyanın beynəlxalq hüququn fundamental normalarını və ölkələrin mövcudluğuna dair qəbul olunmuş beynəlxalq prinsipləri kobudcasına pozaraq, Krım Muxtar Respublikasını ilhaq etməsi ilə heç vaxt razılaşmayacaq.

Ali Rada beynəlxalq birliyin bütün üzvlərinə müraciət edərək, "Krım Respublikası"nı tanımaqdan, Krımın və Sevastopolun yeni federasiya subyekti kimi Rusiyanın tərkibinə qatılmasını qəbul etməkdən çəkinməyi xahiş edib.

Ali Rada xalqın adından bəyan edib ki, Krım hər zaman Ukraynanın tərkibində olub və olacaq. Ukrayna xalqı heç vaxt və heç bir şərt qarşılığında Krımın işğalçılardan azad olunması uğrunda mübarizədən geri çəkilməyəcək.

Bəyannamədə qeyd olunur ki, Rusiya təkcə Ukraynanın suverenliyi haqqında qanunu deyil, beynəlxalq hüququn fundamental normalarını, BMT, Avropa Şurası, ATƏT, MDB sənədlərini, Ukraynanın təhlükəsizliyinin təminatına dair 1994-cü ildə bağlanmış müqaviləni, eləcə də Moskva və Ukrayna arasında imzalanmış, əməkdaşlıq və tərəfdaşlıq haqqında 1997-ci il sazişini pozub.

Tarix
2014.03.20 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla