Yuxarı

“İranın Ermənistana qaz satması alqışlanmalıdır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İranın Ermənistana qaz satması alqışlanmalıdır”

"Azərbaycan İran əməkdaşlığına yaşıl işıq yandırılıb".

Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin aprelin sonlarında İrana nəzərdə tutulan səfərini şərh edən politoloq Vəfa Quluzadə deyib.

İranla Azərbaycan arasında ziddiyyət yoxdur

Politoloq Azərbaycan Prezidentinin İrana səfərini müsbət dəyərləndirib:

"Prezidentin səfərini müsbət dəyərləndirmək lazımdır. Ona görə ki, Azərbaycanın İranla əlaqələri dünyadakı gərgin siyasi şərait hökm sürərkən müsbət qəbul olunmalıdır. Qonşu ölkədir və bizim aramızda əməkdaşlıq var. Əslində, heç bir ziddiyyət yoxdur. İran Azərbaycanın bəzi Qərb dövlətləri ilə etdiyi əməkdaşlığına görə narazılıq edirdi, amma bu elə də böyük problem deyil. İran başa düşür ki, Azərbaycan öz milli maraqlarını inkişaf etdirir. O biri tərəfdən də Azərbaycan İranın bizi tənqid etməsindən narazı idi. Lakin bu səfər narazılıqların hamısını yerə qoyacaq".

Bu, Amerikanın apardığı siyasətdir

Politoloq Prezident İlham Əliyevin İrana səfərini Qərbin Rusiyaya qarşı iqtisadi müharibəsi ilə əlaqədar olmadığını bildirib:

"Prezidentin İrana səfərini Qərbin Rusiyaya qarşı apardığı iqtisadi müharibə ilə əlaqələndirmək doğru deyil. Bu siyasəti Amerika Birləşmiş Ştatları aparır, Azərbaycan yox. Sözsüz ki, əməkdaşlıq üçün imkanlarımız genişdir və biz bunu daha da genişləndirməyə çalışmalıyıq. Artıq İran da hadisələri düşmən kimi dəyərləndirmir, Azərbaycana Qərblə əməkdaşlıq etdiyi üçün təzyiqlər edilməsini dayandırıb. Deməli, Azərbaycan-İran əməkdaşlığına yaşıl işıq yandırılıb".

İranın Ermənistana qaz satması alqışlanmalıdır

V.Quluzadə İranın Ermənistana ucuz qiymətə qaz satmasını müsbət dəyərləndirib: "Əgər İran Ermənistana ucuz qiymətə qaz versə, biz bunu alqışlamalıyıq. Ona görə ki, Ermənistan bizə Rusiyaya görə düşməndir. Rusiya yanacağından, Rusiya qazından asılıdır. Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq faktiki olaraq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlamağa xidmət etmək deməkdir. Deməli, İran əgər Ermənistanı Rusiyanın asılılığından çıxarırsa, biz bunu alqışlamalıyıq".

Nabukko yenidən meydanlara qayıdır

O, Ukraynadakı son hadisələrdən sonra Nabukko layihəsinin yenidən aktivləşəcəyini qeyd edib:

"Mən əvvəlki bəyanatlarımın heç birində Nabukkonu ölmüş layihə hesab etməmişəm. Nabukko strateji layihədir. Bunun arxasında ABŞ dayansa, o həyata keçəcək. İndi o həqiqətən də həyata keçəcək. Ukraynadan sonra Rusiyanın "Cənub axını" projesi olmayacaq. Üstəlik, Qərb Rusiyanı hər tərəfdən sıxışdırmaq fikrindədir. Avropanı Rusiyanın yanacaq asılılığından xilas etmək niyyətindədir. Ona görə Nabukkonun əhəmiyyəti artır və o baş tutacaqdır".

Qeyd edək ki, dünən İran səfiri Möhsün Pakayin İlham Əliyevin Həsən Ruhaninin dəvəti ilə aprelin sonlarında İrana səfər edəcəyini bildirmişdi.

Tarix
2014.03.31 / 13:21
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Aleksandr Vuçiç Azərbaycana gələcək

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla