Yuxarı

Gözləyin, Aslanov villasını başa çatdırır...- Mənimsəmə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gözləyin, Aslanov villasını başa çatdırır...- Mənimsəmə

Nurçuluqda ittiham olunaraq Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun dövlət büdcəsindən mənimsədiyi vəsaitlərlə bağlı maraqlı faktlar ortaya çıxıb.

E.Aslanova həvalə edilən və dövlət səviyyəsində dəstəklənən bütün siyasi layihələrin uğursuz və qaranlıq taleyi ilə bağlı "haqqın.az"ın apardığı araşdırmadan önəmli məqamları təqdim edirik:

"Məsələn, illik olaraq 1 milyon manat israf edilən onun şəxsi təbliğat siyahısı -1news.az saytı. Azərbaycanda siyasi hakimiyyətin taleyi həll olunan prezident seçkiləri kampaniyasının qızğın dövründə sayt Bakı diceylərinin tumanlarını reklam edir. Sual yaranır, vəsaitlər niyə ayrılmışdı? İlham Əliyevin siyasi kampaniyasına, yoxsa müğənni Röyanın tumanının təbliğatına?".

Daha sonra E.Aslanovun digər bir layihəsi olan İrəli Gənclər Təşkilatından bəhs edilir. Yüz minlərlə azərbaycanlı gənci ətrafına toplayacağı planlaşdırılan təşkilatın real durumu isə fərqli olur: "Fransa səfirliyi qarşısındakı bir piketə cəmi 20 nəfər toplaya bilirlər. Strukturun başında isə anlaşılmaz, nadir soyadı ilə Mərdiyev dayanır. Və o, kostyumuna uyğun səliqəli seçilmiş gözəl qalstuklar taxmağı sevirdi...".

Yazıda böyük ümidlər bəslənilən bu layihəyə ayrılan 10 milyonlarla manatın da israf olunduğu və beləliklə ümidlərin puça çıxdığı vurğulanır.

"Aslanovun növbəti layihəsi isə Prezident yanında Strateji Araşdırmalar Mərkəzidir. Ötən il dövlət KİV-də bu mərkəz tərəfindən Çində nəşr olunan və Heydər Əliyevin çıxışları yer alan kitab nəşr olunur. Siz bir şey başa düşdünüz? Bəs sizə bu kitabın büdcəsi haqda, Çində bu kitabların hələ də tozlu rəflərdə qalması haqda danışaq?.."

Araşdırmada həmçinin qeyd olunur ki, Mərkəzin baş ofisinin Prezident Administrasiyasında, yoxsa dəbdəbəli "Four Seasons" otelində yerləşməsini anlamaq çətindir. Müəllif hər il dövlət büdcəsindən 5 milyon manatın ayrıldığı bu Mərkəzdə keçirilən və heç bir əhəmiyyət daşımayan "dəyirmi masaların" iştirakçıları arasında bircə mütəxəssisə belə rast gəlmədiyini yazır:

"Bəs kimləri ora toplayırdılar? "İrəli"dən olan uşaqlar, rəfiqələr, dostlar və sair. Dövlət büdcəsindən bu mərkəzə hər il 5 milyon manat ayrılırdı. Bu pullar hara getdi və nəyə? Siz bu mərkəzin saytını açın və fotosessiyalara baxın, sizə aydın olacaq ki, büdcə vəsaitləri hara yoxa çıxıb".

Daha sonra araşdırmada Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu olan ASAİF-in adı vurğulanır: "Söhbət özünü Azərbaycan gənclərinin lideri kimi təqdim edən və Britaniya TV-nin efirində gülüş hədəfinə çevrilən həmin sehrli qanadlardan gedir".

Aslanova həvalə edilən növbəti layihə isə ümumilkdə 2 milyon xərci olan Yurd TV-dir. Müqayisə üçün APA Holding tərəfindən yaradılan APA TV-yə çəkilən xərc göstərilir və məlum olur ki, bunun üçün cəmi 250 min manat da kifayət edərmiş: "TV Ginnesin bütün rekordlarını qıraraq 25-30 nəfər oxucu auditoriyası toplaya bilir".

Sosial şəbəkələrin qızğın dövründə E.Aslanov da "yumroo.az" layihəsini düşünür. Müəllif bildirir ki, həmin linkə daxil olaraq əslində iki milyon manatın nəyə xərcləndiyini bilmək olar.

Və sonda müəllif "1news.az"ın keçmiş əməkdaşlarının paylaşdığı maraqlı bir tarixcədən bəhs edir:

"Təxminən yarım il əvvəl agentlik maaşları verməyi dayandırır. Əməkdaşlar çox təəccüblənirlər, əgər belə demək olarsa, saytın baş redaktoru Rəhman Hacıyevin kütləvi reklam ticarətinin fonunda gecikdirilən maaşlarından sarsılırlar. Redaktor dürüstcə öz əməkdaşlarına deyir: "Dostlar, bir balaca da gözləyin, Aslanov villasını başa çatdırır..." ("Qafqazinfo").

Tarix
2014.04.02 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla