Yuxarı

Rəşad Quliyevlə bağlı MCMBİ-yə şikayət verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Quliyevlə bağlı MCMBİ-yə şikayət verildi

Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyevin törətdiyi dələduzluq əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ərizəsi verilib.

Bu barədə Axar.az-a zərərçəkən İntiqam Əliyevin vəkili, hüquq elmləri doktoru, professor Fərhad Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, Rəşad Quliyevin cinayət tərkibli dələduzluq əməlində anası Dünyaxanım Məhərrəmova da iştirak etdiyinə görə istintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılacaq.

Xatırladaq ki, R.Quliyev dələduzluq yolu ilə Oğuz sakini İntiqam Əliyevin külli miqdarda pulunu ələ keçirib. Belə ki, Almaniyanın Köln şəhərində yaşayan R.Quliyev İntiqam Əliyevin oğlunun Almaniyada problemsiz yaşayacağını vəd edərək, ondan 12 min avro (13.550 dollar) vəsait alıb. Sözügedən vəsait Rəşad Quliyevin anası Minəxanım Məhərrəmovanın adına açılmış bank hesabına köçürülüb. Ancaq sövdələşmədən bir neçə ay keçsə də, R.Quliyev verdiyi sözə əməl etməyib.

İ.Əliyev pulunu geri istəyəndə isə Rəşad Quliyev heç bir halda pulu qaytarmayacağını deyib.

Zərərçəkən Rəşad Quliyevin ondan başqa bir neçə şəxsi də aldatdığını iddia edir.

Tarix
2017.01.25 / 12:32
Müəllif
Hacı Qulu
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla