Türkiyədə məşhur dindar
Adnan Oktarla bağlı Azərbaycan mətbuatında yazılanlar səs-küyə
səbəb olub.
Bu gün Adnan Oktarın "kediciklər" adlandırdığı cazibədar
xanımların Tvitter hesablarında Azərbaycan haqqında təhqiramiz
ifadələr işlətdikləri haqqında mediada bir sıra məlumatlar
yayılıb.
Lakin məsələ ilə bağlı açıqlama verən "kediciklər" bu tivitlərin
onlarla heç bir bağlılığı olmadığını deyiblər.
Adnan Oktarın ən sevimli "kedisi" olan Didəm Ürər Publika.az-a
açıqlamasında yazılanlara münasibət bildirib.
-Didəm xanım, son günlər Azərbaycan mediasında xocanız
dediyiniz Adnan Oktar və sizlər haqqında çoxlu yazılar dərc olunur.
Oxumusunuzmu, necə qarşılayırsınız?
-Bəli, bu yazılarla tanışıq. Biz çox izlənən bir dini qrupuq.
Məqsədimiz dünyada islam birliyinin qurulmasıdır. Bizim
söhbətlərimiz anti-Darvinizim və anti-materializim ətrafında olduğu
üçün bəzi solçu çevrələri narahat edir. Onlar tez-tez bizə qarşı
belə hücumlar edirlər. Azərbaycan mediasında yazılanlar bunun
tərkib hissəsidir.
-Bu gün sizin qrupun qızlarının yazdığı deyilən tvitlər
gerçəkdən sizəmi aiddir?
-Əsla, dediyim kimi, bu bizə qarşı olanların qara
propaqandansından başqa bir şey deyil. Azərbaycan bizim ikinci
vətənimzidir. Sizlər bizim can qardaşlarımızsınız. Başqa bir durum
müzakirə mövzusu deyil.
-Azərbaycan mediasında Adnan Oktarın ətrafında olan
qadınları cinsi istismara məruz qoyduğu deyilir. Hətta bunla bağlı
konkret şikayətçi var. Nə düşünürsünüz xocanız
haqqında?
-Bunlar çox ucuz propaqanda üsullarıdır. Heç kim belə xəbərlərə
inanmaz. Meyvə verən ağac daşlanır həmişə. Peyğəmbər əfəndimizə
iftira atanlar müsəlmanlara hər zaman iftira atar. Həzrəti Yusifə
də iftira atmışdılar.
-Azərbaycana gəlməyi düşünürsünüzmü xocanızla
birlikdə?
-Hazırda düşünmürük. Amma birləşək, pasportlar ortadan qalxsın
gələrik.
-Niyə müstəqil bir dövlət olan Azərbaycanın Türkiyəyə
birləşməsini israrla təkid edirsiniz?
-Bu siyasi bir birləşmək tələbi deyil, sadəcə könül bağından
söhbət gedir.
-Könül bağımız zatən var. Bu durumda siyasi bir istək
olmurmu bu?
-Xeyir, bu islam birliyinin ilk mərhələsi olmalıdır.
-Adnan Oktar sizi canlı yaymdan kənarlaşdırdı. Necə
qarşıladı qızlar bunu?
-Bu bizim ortaq qərarımızdır və normal qarşıladıq.
-Həm islam, həm də dekolitə bir arada necə
mümkündür?
-İslam gözəl olan hər şeydir. Dində basqı yoxdu. Kim istəyir
hicab taxsın, kim də istəyir dekolitə geyinsin. Əsas əxlaqlı
olmaqdır.
-Adan Oktar niyə sizə "kediciklər" deyir?
-Bu medianın uydurduğu bir şeydir. Xocamız pişikləri çox sevir
deyə belə bir şey uydurublar.
-Narahat etmir sizi?
-Yox, pişiklər çox gözəl heyvandır.