Yuxarı

İlyas İsmayılovdan MSK-ya ittiham

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlyas İsmayılovdan MSK-ya ittiham

Dünən prezidentliyə namizədlərin İctimai radioda ilk debatı baş tutub. Xatırladaq ki, namizədlər efir vaxtından pulsuz yararlanıblar.

Amma nədənsə, digər namizədlərdən fərqli olaraq, İlyas İsmayılov və ya onun nümayəndəsi İctimai radionun namizədlər üçün yaratdığı bu şəraitdən istifadə etməyib.

Debatda iştirak etməməsinin səbəbini öyrənmək üçün İlyas İsmayılovla əlaqə yaratdıq. "Axar.az"a açıqlama verən Ədalət partiyasının sədri İctimai radionun efir vaxtından kənarda qalmalarının səbəbini MSK-da gördü: "Günah bizdə yox, Mərkəzi Seçki Komissiyasındadır. Hər gün get-gəl ediblər bizi. İki nümayəndəmizi – Ayaz Əfəndiyev və Mütəllim Rəhimovun sənədlərini qəbul etməyiblər. Deyirlər ki, onlar yararsızdır. Belə bürokratik əngəllərlə qarşımızı kəsirlər".

İlyas İsmayılovun ittihamları ilə bağlı MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevlə əlaqə yaratdıq. Sarıyev millət vəkilinin ittihamlarını əsassız saydı və İlyas İsmayılovun nümayəndəsi Ayaz Əfəndiyevin debatda iştirakı barədə xəbərdar edildiyini bildirdi: "İlyas bəyin iradları əsassızdır, biz onun nümayəndəsinin iştirakı haqda İctimai televiziyaya müvafiq bildiriş göndərmişdik, amma onun nümayəndəsi gəlmədi. Yəni bunda bizim günahımız yoxdur. İstəyirsizsə, İTV ilə əlaqə yaradıb dəqiqləşdirin".

İctimai Televiziya və Radio Yayımları şirkətindən bizə bildirdilər ki, həqiqətən də dünən MSK-dan İlyas İsmayılovun nümayəndəsi Ayaz Əfəndiyevin debatda iştirakı haqda məlumat vermişdilər.

Tarix
2013.09.14 / 17:46
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla