Yuxarı

"Təklif olunan assosiasiya Azərbaycanın istəyini əks etdirmir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik bir ölkə kimi Vişeqrad Qrupu (V4) ölkələrinin ən iri ticarət tərəfdaşıdır. Keçən il Azərbaycanın V4 ölkələri ilə ticarət dövriyyəsi 1 milyard ABŞ dollar təşkil edib və bu, artmaqda davam edir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Budapeştdə Vişeqrad Qrupu - Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

"Axar.az" xəbər verir ki, məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirin sözlərinə görə, sevindirici haldır ki, hər iki tərəf ticarət portfelinin şaxələndirilməsi üçün ənənəvi enerji sektorundan kənara çıxaraq və qeyri-neft sektorunun yaratdığı kənd təsərrüfatı, tikinti, ağır sənaye və əczaçılıq kimi sahələrdə də imkanlardan yararlanmaq mümkündür. Həmçinin Azərbaycan qeyri-neft sektoruna investisiyalar baxımından V4 ölkələri üçün olduqca cəlbedici bazar olaraq qalmaqdadır: "Bu o deməkdir ki, V4 ölkələri, eləcə də Aİ kontekstində bizim mühüm tərəfdaşlarımızdırlar. Bu yaxınlarda, biz Praqada Şərq Tərəfdaşlığının 5 illiyini qeyd etdik. V4 ölkələri iqtisadi, təhlükəsiz və siyasi sahələrdə bir çox məsələləri əhatə edən yeni öhdəlik mexanizmlərinin qurulması, inkişafı və möhkəmləndirilməsinə imkan yaradıblar".

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan Aİ ilə qarşılıqlı razılaşdırılmış prioritetlər və ümumi maraqlara əsaslanan münasibətlərin qurulmasında maraqlı olduğunu bildirən mövqeyinə sadiqdir. Bu əməkdaşlığın dəyəri Azərbaycan ilə Aİ arasında keçmiş və hazırkı uğurlu əməkdaşlıqla dəyərləndirilir.

Nazirin sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşmasına imkan yaratmaqla, Avropanın enerji təhlükəsizliyinin təminatını dəstəkləmək üçün öhdəlik götürüb: "Azərbaycan ilə Avropa İttifaqı arasında 2011-ci ildə Cənub Qaz Dəhlizinə dair strateji baxımdan əhəmiyyətli birgə bəyannamənin qəbul olunmasından sonra bu xüsusda olan əzmimizin təzahürü kimi dəhlizin tez bir şəkildə inkişafı üçün tərəfimizdən əsas addım atılıb. Trans-Anadolu qaz kəməri, Cənub Qaz Dəhlizinin strateji orta komponenti kimi, tənzimləmə və kommersiya baxımdan müəyyənlik yaradaraq tərəfdaşlarımızı əmin edib ki, Azərbaycanın təbii qazı Avropaya çatdırılacaq. Keçən yay Azərbaycan qazının Avropadan olan tərəfdaşlara çatdırılması üçün Trans-Adriatik boru xətti seçilib. Son olaraq, keçən dekabrda "Şahdəniz-2" layihəsi ilə əlaqədar yekun investisiya qərarları qəbul edilib.

Beləliklə, qarşıdan gələn 4-5 ildə istismara veriləcək Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri Cənubi Avropadan olan tərəfdaşlarımızın strateji enerji tələbatını qarşılayacaq və Mərkəzi Avropaya ixrac üçün gələcək yeni həcmləri müəyyən edəcək. "Şahdəniz-2" eləcə də Avropanın enerji infrastrukturunda qarşılıqlı bağlılığı artıracaq".

Aİ-nin Şərq Tərəfdaşlığı məkanında olan həlli uzadılmış münaqişələrlə əlaqədar mövqeyinə dair bir məqamı vurğulayan nazir bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ciddi narahatlıq doğuran məsələ olaraq qalır.

BMT TŞ-nın qətnamələri əsasında münaqişənin ədalətli və tezliklə həlli və bununla da beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, eləcə də məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması sülh və sabitliyi gücləndirəcək və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar yaradacaqdır.

Tarix
2014.04.29 / 19:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla