Yuxarı

Bu türk ölkəsində parlament seçkiləri keçirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsində parlament seçkiləri keçirildi

13:20

Qırğızıstanda növbədənkənar seçkilər keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın “24 KG” telekanalı məlumat yayıb.

Məlumata görə, ölkədə səsvermə üçün 2492 seçki məntəqəsi fəaliyyət göstərir.

Seçkilər majoritar sistem üzrə keçirilir: hər dairədən üç olmaqla, 30 çoxmandatlı seçki dairəsindən 90 deputat seçiləcək.

Səsvermə yerli vaxtla saat 20:00-a (Bakı vaxtı ilə 18:00) kimi davam edəcək.

Nəticələr dekabrın 14-dək elan olunacaq.

Qeyd edək ki, sentyabrın 25-də Qırğızıstan parlamenti özünü buraxmışdı.

***

Qırğızıstanda Joqorku Keneşə (birpalatalı parlament) keçirilən növbədənkənar seçkilərdə səsvermə başa çatıb.

Bunu respublikanın Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarov bildirib.

Ölkədə 2 492 seçki məntəqəsi, həmçinin insanların kütləvi toplaşdığı və müvəqqəti yaşadığı yerlərdə 27 məntəqə açılıb. Bundan əlavə, xaricdə 100 seçki məntəqəsi fəaliyyət göstərib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin yekun siyahısına 4 294 243 vətəndaş daxil edilib.

Tarix
2025.11.30 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla