Yuxarı

Bakıda Pasxa bayramı belə qeyd edildi- Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:41

Azərbaycan müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu sülh və anlaşma şəraitində yanaşı yaşadıqları tolerant və multikultural ölkədir.

Axar.az xəbər verir ki, ölkəmizin digər guşələrində olduğu kimi, Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində də xristianların müqəddəs Pasxa bayramı qeyd edilib.

Aprelin 16-da dindarlar bu kilsəyə bayram ibadəti keçirməyə toplaşıblar. Onlar müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar düzüblər.

Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 16-da qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayır.

Tarix
2017.04.16 / 16:16
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir Rahim Hüseynova yüksək vəzifə verdi

Kapital Bank bu tələbələr üçün təqaüd proqramına start verdi

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

İlham Əliyev Con Ardilli qəbul etdi

Prezident 1 sərəncam, 1 fərman imzaladı

Prezident Olivye Le Peşi qəbul etdi

İlham Əliyev Bakı Ekspo Mərkəzində... - Foto

İlham Əliyev Pakistanın neft nazirini qəbul etdi

Sabah Bakıda mühüm konfrans baş tutacaq

Prezident Məhəmməd Əbunəyyanı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla