Yuxarı

Məşhur tikinti şirkəti "Kristal" rebrendinq edir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Abşeron" 31 may tarixində "Gülüstan" sarayında keçirilən rebrendinq tədbirində yeni loqotipini və brend kimliyini ictimaiyyətə təqdim edərək fəaliyyətini artıq "Kristal" adı ilə davam etdirdiyini elan edib.

Şirkətin yeni brendinq və kommunikasiya strategiyası artıq daha aydın, daha peşəkar və hər şeydən öncə daha insanmərkəzli olacaq.

Tədbirin açılış nitqini "Kristal"ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev səsləndirib. O, çıxışında şirkətin 22 illik fəaliyyəti dövründə əsaslandığı dəyərlərdən, həmçinin rebrendinq prosesinin şirkətin mövcud dəyərlərini qorumaq və onları daha çağdaş yanaşmalarla, yeni baxış bucaqları ilə zənginləşdirmək məqsədi daşıdığından bəhs edib.

Rebrendinq çərçivəsində kristalabsheron.az saytı kristal.az saytı ilə əvəzlənib. İnsanmərkəzli yanaşmadan yola çıxaraq, yeni saytda bütün məlumatlar istifadəçilər üçün daha aydın və daha əlçatandır. "Kristal"ın ən önəmli yeniliklərindən biri isə əmlak sektorunda bir ilk olacaq mobil tətbiqidir. Bu smart tətbiq 30-dan çox funksiya ilə sakinlərin həyat komfortuna xidmət edəcək.

Tikinti sektorunda etibarlılıq, dürüstlük və keyfiyyət prinsiplərinə əsaslanan "Kristal" bu gün yenilənmiş imici ilə həmin dəyərlərə sadiq qalaraq yoluna davam edir.

Rebrendinq tədbirində "Kristal"ın kollektivi, dövlət qurumları və özəl sektor nümayəndələri iştirak ediblər.

Tədbirin bədii hissəsi musiqili konsert proqramı ilə davam edib.

Ətraflı: *1544

kristal.az

Tarix
2025.06.02 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?

Azərbaycanla əlaqələr dərin kökə malikdir - Netanyahu

Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla