Yuxarı

Sabirabadda evdə yanğın: Bir ailənin 4 üzvü öldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabirabadda evdə yanğın: Bir ailənin 4 üzvü öldü - Video

08:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Axar.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.

İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

***

Sabirabad rayonunun Muğan Gəncəli kəndində evdə baş verən yanğında ölənlərin adları məlum olub.

Hadisə nəticəsində 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, həyat yoldaşı, 2002-ci il təvəllüdlü Safalı Qorxmaz qızı İmanova, övladları 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmansoy və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmansoy ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Sabirabad rayonunun Muğan Gəncəli kəndində evdə bir ailənin 4 üzvünün ölümü ilə nəticələnən dəhşətli yanğının bəzi təfərrüatı məlum olub.

Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Teleqraf-a bildirilib ki, hadisə zamanı mərhum Tural Ağasəf oğlu İmanovun anası və qardaşı da evdə olub.

Onlar vaxtında xilas ola biliblər. T.İmanov və ailəsinin qaldığı otağın pəncərəsi olmadığı üçün onları xilas etmək mümkün olmayıb. Qonşuların evin döşəməsini sökərək ailəni xilas etmək cəhdi nəticəsiz qalıb.

Tarix
2025.06.04 / 09:17
Müəllif
Axar.az
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla