Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi Vasili Malyukun açıqladığı məlumata əsasən, “Hörümçək toru” əməliyyatı nəticəsində Rusiyanın erkən xəbərdarlıq-idarəetmə sistemlərinə malik A-50 təyyarəsi də vurulub.
Axar.az xəbər verir ki, NATO kodlaşdırmasında “Mainstay” adı verilən bu təyyarə 1978-ci ildə istehsal edilib.
“Şmel” radiotexniki kompleksinə malik A-50 İl-76 təyyarəsinin bazası əsasında yığılıb.
A-50 hava və yerüstü hədəfləri aşkar etmək və izləmək, Silahlı Qüvvələrin avtomatlaşdırılmış idarəetmə sistemlərinin komanda məntəqələrini hava və yerüstü vəziyyət haqqında xəbərdar etmək, qırıcı və hücum təyyarələrini hava, quru və dəniz hədəflərinə istiqamətləndirərkən idarə etmək üçün istifadə olunur.
Təyyarənin qiyməti 330 milyon dollardır.
Hazırda Rusiya Silahlı Qüvvələrinin balansında 31 ədəd bu tipli təyyarə var.