Yuxarı

Mayda Kürdəmirdə 37,6 dərəcə isti, Şahdağda şaxta olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, 4 gün normadan aşağı (0,2-1,2 dərəcə), 1 gün norma daxilində olub, orta aylıq temperatur isə müsbət 20,4 dərəcə qeydə alınıb.

May ayı ərzində ölkə üzrə maksimal temperatur mayın 31-də Kürdəmirdə 37,6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə mayın 30-da 33,5 dərəcə isti qeydə alınıb. Minimal temperatur isə ölkə üzrə mayın 7-də Şahdağda -1 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə mayın 1-də 9,8 dərəcə isti müşahidə olunub.

May ayında əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 203 faizi olmaqla Mərkəzi Aran zonasına (Hacıqabul 54 mm) və aylıq normanın 68 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Maştağa 14 mm) düşüb.

Ölkədə may ayında 27 dəfə dolu hadisəsi qeydə alınıb. Dolunun ən böyük diametri Kəlbəcər rayonunda 30-35 mm olub.

May ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 22 gün hava şəraiti küləkli keçib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, həmçinin bölgələrdə 28 m/s-dək güclənib.

Tarix
2025.06.02 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Ermənistan Bakıya uçuşların sayını açıqladı

Qarabağ zəfərinə qarşı çıxan iş adamı oğurlandı - Video

“Hörümçək toru”: PUA-lar Rusiya sistemi ilə idarə olunub

Rusiya və Ukraynanın taktikası: Kim geri çəkiləcək?

Azərbaycanla əlaqələr dərin kökə malikdir - Netanyahu

Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla