Yuxarı

Axar.Az Logo carnation

“Ona qarşı çirkin, ədalətsiz kampaniya aparılırdı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ona qarşı çirkin, ədalətsiz kampaniya aparılırdı”

Heydər Əliyev 1990-cı ilə qədər pensiyaçı həyatını yaşayırdı. 1990-cı ildə xalqımıza qarşı qanlı 20 Yanvar cinayəti törədildi. Bu cinayətin də başında dayanan məhz ovaxtkı sovet rəhbəri olmuşdur. Əfsuslar olsun ki, bu günə qədər o, bu və digər cinayətlərə görə məsuliyyət daşımır və bu məsuliyyətdən yayına bilmişdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdəki çıxışında deyib. Prezident bildirib ki, Heydər Əliyev xalqımız üçün ağır anda yenə də göstərdi ki, o, xalqla bir yerdədir:

“Yaxşı yadımdadır, 1990-cı il yanvarın 21-də o, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmişdi, - mən fəxr edirəm ki, onun yanında idim, - və orada böyük bir izdiham yaranmışdı. Oraya yığışan azərbaycanlılar öz etirazlarını hansısa formada ifadə etməyə çalışırdılar. Biz oraya yaxınlaşanda sakitlik idi. Yəni, insanlar sadəcə olaraq nümayəndəliyin önündə dayanmışdılar, sanki nəyisə gözləyirdilər və Heydər Əliyev gəldi, onlar onun simasında yenə də lideri gördülər.

Baxmayaraq ki, o, heç bir vəzifə daşımırdı, 3 il idi pensiyaçı həyatı yaşayırdı. Eyni zamanda, ona qarşı həm sovet, həm də Azərbaycan mətbuatında təşkil edilmiş çirkin, böhtan xarakterli yazılar da gedirdi. Ona qarşı çox ədalətsiz və çirkin kampaniya aparılırdı. Ancaq insanların qəlbində Heydər Əliyev milli lider və güclü şəxsiyyət kimi yaşayırdı. İnsanlar onu görəndə kənara çəkildilər və biz açılan o canlı dəhlizlə binaya daxil olduq. Mətbuat konfransı təşkil edildi və Heydər Əliyev sovet rəhbərliyini, onun siyasətini qətiyyətlə pislədi, Azərbaycan xalqına başsağlığı verdi və sovet hakimiyyətinin hərəkətlərinə öz kəskin münasibətini bildirdi”.

Prezident qeyd edib ki, Sovet İttifaqında bəlkə də ilk hadisə idi ki, sovet rəhbərliyi, onun başında dayanan şəxs açıq mətbuat konfransında belə pislənildi:

“Onu da qeyd etməliyəm ki, Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. Yəni, bu addımı atmaqla Heydər Əliyev, ilk növbədə, xalqla bir yerdə olduğunu, cəsarətini, milli ruhunu göstərdi. Göstərdi ki, onun üçün Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Göstərdi ki, ən ağır faciəvi günlərdə o, xalqla bir yerdədir. Təbii ki, ondan sonra ona qarşı aparılan kampaniya daha da eybəcər formalar almışdır. Ona qarşı yenə də mətbuat kampaniyaları aparılırdı, təzyiq göstərilirdi. Bizdə olan məlumata görə, sovet rəhbərliyi onun həbsi ilə bağlı qərar da qəbul etmişdi”.

Tarix
2017.05.10 / 23:56
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla