Yuxarı

Bakıya qarşı bu addıma görə Rusiyaya xəbərdarlıq etdik - Abramov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya qarşı bu addıma görə Rusiyaya xəbərdarlıq etdik - Abramov

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi istiqamətində Ali Məhkəməyə müraciəti ilə bağlı Rusiyaya xəbərdarlığımızı etmişik.

Bu sözləri Axar.az-a açıqlamasında İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Millət vəkili bildirib ki, hələ qarşıda məhəkəmə prosesi var:

“Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi istiqamətində Ali Məhkəməyə müraciəti ilə bağlı Rusiyaya xəbərdarlığımızı etmişik. Eyni zamanda, Milli Məclisdə bu məsələyə öz münasibətimizi bildirmişik. Mənə elə gəlir ki, burada elə bir ciddi şey yoxdur. Məhkəmənin qərarından çox şey asılı olacaq. Əgər ÜAK Rusiyanın daxili qanunlarını, hüquqlarını pozmayıbsa, onda Konqres öz fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də hesab edir ki, Rusiya bu barədə bir qədər fikirləşməlidir, çünki bu, çox xoşagəlməz bir haldır:

“Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi ilə bağlı müraciətinə çox mənfi yanaşıram. Belə bir hadisə heç baş verməməliydi. Rusiya düşünməlidir ki, Azərbaycana qarşı bu cür etmək olmaz. İnanıram ki, Rusiya Ali Məhkəməsi düzgün qərar qəbul edəcək. Çünki bu, Rusiya və Azərbaycan arasında münsibətlərin inkişafı aspektindən də çox önəmlidir və yanlış bir qərar Bakı-Moskva əlaqələrinə xələl gətirə bilər. İnanıram ki, Rusiyanın aidiyyəti orqanları bu barədə öz mövqelərini düzgün istiqamətləndirə biləcəklər. O da aydındır ki, bu məsələ birbaşa və şəksiz erməni siyasətinə xidmət edir”.

Tarix
2017.05.13 / 15:21
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Migel Angel Moratinos Azərbaycanda səfərdədir

İranda quru əməliyyatı olacaq: Bu ada işğal ediləcək!

Antonio Koşta Azərbaycana gəldi

Həmid Herisçi İran agentinin hücumuna məruz qaldı...

Putindən Əliyevə zəng: Yaxın Şərqdə hərbi əməliyyatlar...

Putin İlham Əliyevə zəng etdi - Yeniləndi

İrandan ölkəmizə təxliyə edilən vətəndaşların sayı...

Müctəba Xamenei sağdırmı? - Fakt və müəmma

Naxçıvana hücum: Sudan lideri Əliyevə məktub ünvanladı

İranı hansı aqibət gözləyir? – Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla