Yuxarı

Aeroport yolunda ağır qəza: iki piyada vuruldu - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aeroport yolunda ağır qəza: iki piyada vuruldu - Anbaan video

Ötən gün paytaxtın Sabunçu rayonu, Aeroport şosesində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəzada xəsarət alan piyadalardan biri taksi minik avtomobilinə qoyulub və onun vəziyyəti, pik saatda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq yol polisi əməkdaşlarının operativ müşayiəti altında Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

"NİİM piyada vurulması ilə nəticələnən qəzalar daha çox piyada keçidlərinin yaxınlığında qeydə alınır. Ən təhlükəlisi də odur ki, piyadaların bir qismi sürətli və hərəkətin intensiv olduğu yollarda "avtomobillər dayanıb yol verəcəklər" düşüncəsi ilə məsələyə yanaşdığından onlar çox vaxt qəzanın qurbanı olur və ya ağır xəsarət alırlar. Piyadalar yolu diqqətsiz keçdikləri və piyada keçidlərindən istifadə etmədikləri təqdirdə nəticəsi ağır olacaq. Bu baxımdan yol hərəkəti iştirakçıları qaydalara əməl etməli, məsələyə ciddi yanaşmalıdırlar", - məlumatda bildirilib.

Tarix
2026.03.11 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla