Yuxarı

Ağacan Abıyev təkzib etdi: Elə söz deməmişəm

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağacan Abıyev təkzib etdi: Elə söz deməmişəm

İyunun 20-də Milli Məclisin İnsan hüquqları, hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında sənədin müzakirəsi zamanı dediyim fikirlər və bununla əlaqədar mətbuata açıqlamam tamamilə kontekstdən çıxarılıb.

Bunu Axar.az-a açıqlamasında Milli Məclisin intizam komissiyasının sədri Ağacan Abıyev deyib.

Millət vəkili bildirib ki, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ilə bağlı söylədiyi fikirlər ictimaiyyətə tamamilə yanlış təqdim olunub.

“Bu qanun dünyanın əksər ölkələrində qəbul olunub. Çox da uğurla işləyir. Mən qanunun əhəmiyyətini yüksək qiymətləndirirəm. Heç kəs bu sənədin aktuallığını şübhə altına ala bilməz. Əsla, qanun layihəsinin mahiyyətini azaldacaq bir fikrə yol verməmişəm. Sadəcə qanun layihəsində deputata verilən hədiyyələr məsələsinə münasibət bildirmişəm. Xahiş edirəm, mənim fikirlərim cəmiyyətə yanlış şəkildə təqdim olunmasın”, - Abıyev bildirib.

Qeyd edək ki, bəzi mətbuat orqanları “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsini Ağacan Abıyevın “mənasız və qeyri-ciddi” adlandırması barədə yanlış xəbər yayıb.

Tarix
2017.06.23 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla