Yuxarı

“Prezidentin bu görüşləri Qarabağ prosesinə təsir edəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən 4 və 7 iyulda yayılan bəyanatlarda Ermənistanın işğalçı adlandırılmasının ardınca Azərbaycan prezidentinin bölgədə nüfuzu və maraqları olan dünya liderləri ilə bir masa arxasında müzakirə aparması, baş verən proseslərə həm siyasi, həm iqtisadi, həm də hərbi tərəfdən qiymət verməsi çox önəmli məsələdir və təqdirəlayiq haldır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Arzu Nağıyev Prezident İlham Əliyevin Türkiyə səfərini şərh edərkən deyib. Politoloq bildirib ki, bu səfərdə əsas məqamlardan biri Azərbaycan Prezidentinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Dövlət katibi Reks Tillersonla görüşüdür:

“Prezidentin keçirdiyi görüşlərdə əsas məsələ tərəfdaş ölkələrlə birgə icra etdiyimiz layihələrin bir çox ölkənin enerji təhlükəsizliyini təmin etməsi ilə bağlı çıxışları oldu. Bu gün enerji təhlükəsizliyi deyəndə Azərbaycanın icra etdiyi layihələr yada düşür. Bu layihələrin içərisində Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və TANAP layihəsini xüsusilə qeyd etmək lazımdır.

Prezidentin 22-ci Dünya Neft Konqresində iştirakı son hadisələri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün yaranan fürsət idi”.

Politoloq bildirib ki, konqresdə dünya ölkələrinin rəsmilərinin iştirakı Alxanlı olaylarına görə əsaslı addımların atılmasına təsir edəcək:

“Nəzərə alın ki, bu konqresdə 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbəri iştirak edirdi. Bu məlumatlandırma və müzakirələr mühüm qərarların qəbul edilməsində və adekvat addımların atılmasında mühüm rol oynayacaq”.

Qeyd edək ki, iyulun 9-10-da Azərbaycan Prezidenti İlham Əliyevin İstanbulda keçirilən Dünya Neft Konqresi çərçivəsində bir sıra dövlət rəsmiləri ilə çoxsaylı görüşləri olub.

Tarix
2017.07.10 / 23:27
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla