Yuxarı

Bahar Muradova: "Prezident buna görə tapşırıq vermişdi"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bahar Muradova: "Prezident buna görə tapşırıq vermişdi"

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan silahlı qüvvələrinin Füzuli rayonun Alxanlı kəndində dinc əhalinin ataşə tutması məsələsinin tez bir zamanda beynəlxalq aləmdə ictimailəşdirilməsi barədə tapşırıq vermişdi.

Report xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

O, bu məsələnin tez bir zamanda beynəlxalq aləmdə ictimailəşdirilməsi istiqamətində görülən işləri müsbət dəyərləndirib.

ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyasında ermənilərin Alxanlıda törətdikəri təxribat barədə ətraflı məlumat verdiyini, Qarabağ probleminin həlli üçün ATƏT-in institutları ilə koordinasiya olunan şəkildə fəaliyyət göstərərək bu kimi hərəkətlərə son qoyulması ilə bağlı təkliflər irləi sürdüyünü də vurğulayan B.Muradova müdafiə naziri general-polkovnik Zakir Həsənovun dərhal cəbhə bölgəsinə getməsini, zərərçəkənlərin ailələrinə baş çəkməsini, faciə qurbanlarına ehtiramını bildirməklə, onların doğmalarının kədərinə şərik olmasını cəbhəboyu rayon əhalisi tərəfindən minnətdarlıqla qarşılandığını qeyd edib və Füzulidən olan seçicilərinin minnətdarlığını bir daha Müdafiə Nazirliyinin rəhbərliyinə çatdırıb, füzulililərin Ali Baş Komandanın ətrafında daha sıx birləşdiklərini, ölkə başçısının müdrik və qətiyyətli siyasətinə, güclü ordumuza arxalandıqlarını bəyan edib.

Tarix
2017.07.12 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla