Yuxarı

Qəti şəkildə Azərbaycanı dəstəkləyirik - Omar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəti şəkildə Azərbaycanı dəstəkləyirik - Omar

İyulun 19-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri, general-leytenant Omar Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub.

Qeyd olunub ki, bu əməkdaşlıq dostluq münasibətləri üzərində qurulub və bundan sonra da daim inkişaf edəcək. Hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləməklə xalqımızın haqq işinə kömək etməyə hazır olmasını xüsusi qeyd edib.

Ölkəmizə səfərdən məmnunluğunu ifadə edən general-leytenant Omar Mahmud Hayat Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib. Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə və birmənalı olaraq dəstəklədiyini vurğulayan qonaq Kəşmir məsələsində ölkəsinə göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdar olduğunu bildirib.

Tərəflər, həmçinin regional təhlükəsizlik, terrorizmlə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2017.07.19 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla