Yuxarı

Səməd Seyidovun İsrailə "məxfi səfər"i - İddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səməd Seyidovun İsrailə "məxfi səfər"i  - İddia

Ötən həftə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov İsrailə "məxfi səfər" edib. O, ən yüksək səviyyədə görüşlər keçirib. Azərbaycan tərəfi bu haqda məlumat verməsə də, S.Seyidov baş nazir Benyamin Natanyahu ilə görüşüb.

"Axar.az"ın "musavat.com"a istinadən verdiyi xəbərə görə, İsrail mətbuatında yayılan məlumatlardan məlum olub ki, S.Seyidovun səfəri İsrail –Azərbaycan beynəlxalq assosiasiyası – Azİz və İsrail XİN tərəfindən təşkil olunub.

S.Seyidov Knessetdə olub, İsrail-Azərbaycan parlamentlərarası assosiasiyanın sədri Amnon Koen ilə görüşüb. S.Seyidov həmçinin Knessetin spikeri Yuli Edelşteyn ilə görüşüb.

Sonra S.Seyidov İsrail hökumətinin rəhbəri Benyamin Natanyahu ilə görüşüb.

"Sizin İsrailə səfəriniz bir daha göstərir ki, ölkələrimiz arasında münasibətlər düzgün istiqamətdə inkişaf edir", -baş nazir vurğulayıb. O ümidvar olduğunu bildirib ki, hər iki tərəf münasibətlərin və ikitərəfli faydalı əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün maksimum səy göstərəcək.

Səfər başa çatdıqdan sonra İsrailin Bakıdakı səfiri Rafael Xarpaz jurnalistlərə bildirib ki, yaxın vaxtlarda İsrail və Azərbaycan arasında diplomatik və xidməti pasportları olan Azərbaycan vətəndaşlarının İsrailə səfərinin sadələşdirilməsi haqda saziş imzalanacaq.

"Azərbaycan bizim üçün mühüm dövlətdir və yaxın vaxtlarda vizasız səfərlər məsələsi həll olunacaq", - səfir qeyd edib. O, ikitərəfli münasibətləri yüksək qiymətləndirib və tezliklə İsraildə Azərbaycan səfirliyinin açılacağına ümidvar olduğunu bildirib.

"İnanırıq ki, Azərbaycan hökuməti İsraildə öz səfirliyini açacaq", - diplomat bildirib. Bu məsələ Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun və Səməd Seyidovun İsrailə səfəri çərçivəsində də müzakirə olunub.

Tarix
2013.11.20 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

Paşinyan elan etdi: ABŞ bunun üçün fond yaradır

Azərbaycan-Vatikan münasibətləri qarşılıqlı etimada əsaslanır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla