Yuxarı

Nazirlər arasında məktub mübadiləsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstan Respublikasının Xarici İşlər naziri Kayrat Abdraxmanov arasında ölkələrimizin diplomatik münasibətlərinin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Qazaxıstan xalqları arasında dərin tarixi və mədəni-mənəvi əlaqələrin, qarşılıqlı hörmət və uzunmüddətli dostluğun iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın təməlini qoyduğunu bildirib. Həmçinin nazir diplomatik münasibətlərin qurulmasından etibarən bütün sahələri əhatə edən ikitərəfli münasibətlərin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.

Elmar Məmmədyarov əməkdaşlığın növbəti inkişafına dair mühüm qərarların Prezident Nursultan Nazarbayevin cari ildə Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyev ilə keçirdiyi görüş əsnasında verildiyini diqqətə çatdırıb. Nazir iki ölkə arasında sözügedən qərarların həyata keçirilməsinə istiqamətlənmiş diplomatik fəaliyyətin qarşıdan gələn illərdə də uğurlu və səmərəli şəkildə davam etdiriləcəyinə əminliyini ifadə edib.

Elmar Məmmədyarov Qazaxıstanın ikitərəfli və çoxtərəfli müstəvidə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirib.

Nazir Kayrat Abdraxmanov Elmar Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında tarixi dostluğa əsaslanan yüksək səviyyəli siyasi dialoqun, ənənəvi hörmət və qarşılıqlı inam mühitinin ötən müddətdə Qazaxıstan-Azərbaycan əməkdaşlığının əsas nailiyyətləri olduğunu bildirib.

Kayrat Abdraxmanov iki ölkə arasında bütün səviyyələrdə qarşılıqlı təmasların çoxtərəfli əməkdaşlığın genişlənməsinə gətirib çıxardığını qeyd edib. Bu xüsusda, nazir Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin cari ilin aprel ayında Azərbaycana səfəri çərçivəsində gündəlikdə duran aktual məsələlərin müzakirə edildiyini və onların reallaşdırılması ilə strateji tərəfdaşlığın gələcək inkişafı üçün birgə səylərə təkan veriləcəyini diqqətə çatdırıb.

Tarix
2017.08.30 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

Azərbaycan bu ölkəni təbrik etdi

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla