Yuxarı

Ərdoğan korrupsiyada ittiham edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan korrupsiyada ittiham edilir

"Star" qəzeti hökumət ilə Gülən camaatı arasındakı mübarizədə qarşılıqlı sənədlərin yayımlanması ilə davam edir. Ərdoğan ailəsinə aid olduğu iddia edilən və Baş nazirə yaxınlığı ilə seçilən "Star" qəzeti, Ərdoğanı "təşkilatı lideri" kimi qələmə verən Gülən camaatının planından ibarət mətnin bir hissəsini ələ keçirdiyini iddia edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Radikal qəzeti yazıb.

Ərdoğana qarşı irəli sürülən ittihamla çıxış edən qəzet verdiyi xəbərdə bildirib ki, Baş nazirin adı 2012-ci il 25 dekabr 656 saylı korrupsiya istintaqında hallanır. Bununla belə, Baş nazirin adının olduğu bu sənədin hansı tarixə və qovluğa aid olduğu isə dəqiq göstərilmir.

Xatırladaq ki, bir müddət öncə Zaman qəzeti, "Star" qəzetində yayımlanan və Gülən hərəkatının minlərlə insanın telefonunu dinləməsi ilə bağlı yazılan yazıya cavab olaraq Ərdoğan haqqında bu cür iddialarla çıxış edib.

Telefon dinləmələri ilə bağlı iddiaya qarşı, "Zaman" qəzeti də "dövrün lideri" və "təşkilat rəhbəri" iddiaları ilə Ərdoğana qarşı kompaniya başladıb.

Tarix
2014.06.10 / 18:25
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla