18:36
Azərbaycan prezidenti İlham
Əliyev "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli
749 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
Axar.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata
görə, fərmanda qeyd olunub ki, "Əmtəə nişanları və coğrafi
göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, №8, maddə 499; 2002,
№1, maddə 14; 2003, №10, maddə 571; 2006, №9, maddə 743; 2009, №4,
maddə 226, №12, maddə 984; 2012, №7, maddə 680) 2-ci hissəsində
dəyişikliklər edilsin.
***
İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 955-IVQD
nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Axar.az-ın Prezidentin rəsmi saytılna istinadən verdiyi
məlumata görə, sərəncamda
qeyd edilir ki,
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu
bəndini rəhbər tutaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 955-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqi təmin edilsin:
Sərəncama əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
***
İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2014-cü il 2 may tarixli 956-IVQD nömrəli Qanununun
tətbiqi haqqında sərəncam imzalayıb.
***
Azərbaycan prezidenti İlham
Əliyev "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında
icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" imzalanmış
sazişi təsdiq edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası və
İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə
münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən
yayınmanın qarşısının alınması haqqında" 2014-cü il aprelin 23-də
Bakı şəhərində imzalanmış Konvensiya və onun Protokolunu təsdiq
edib.
***
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası
Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində
qarşılıqlı inzibati yardım haqqında" 2014-cü il martın 17-də Tiflis
şəhərində imzalanmış Sazişi təsdiq edib.
***
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası
Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və
Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı
haqqında" 2014-cü il aprelin 9-da Tehran şəhərində imzalanmış
Sazişi təsdiq edib.
***
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Ağstafa şəhərində Uşaq Musiqi
Məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət evinin
əsaslı təmiri məqsədi ilə Ağstafa Rayon İcra Hakimiyyətinə
Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2
milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırlıb.
20:30
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" 2014-cü il 30 may tarixli qanunun
tətbiqi haqqında fərmanı imzalayıb.
Dəyişikliklərə əsasən, 5-ci maddəyə aşağıdakı məzmunda dördüncü
hissə əlavə edilir:
"Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin
müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir".
10-cu maddə aşağıdakı redaksiyada verilir:
"Maddə 10. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin
vətəndaşlığına mənsubiyyətinin tanınmaması
Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı
olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər
dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici
dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının
beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə
müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan
Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra
hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı
verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə
nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar".
12-ci maddə aşağıdakı redaksiyada verilir:
"Maddə 12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının ərazisində doğulmuş uşaqlarının
vətəndaşlığı
Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki
valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı
hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və
valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs
olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.
Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan
şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır".
18-ci maddə aşağıdakı redaksiyada verilir:
"Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının
itirilməsi
"Vətəndaşsızlığın ixtisar edilməsi haqqında" 1961-ci il 30
avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla,
aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi
üçün əsas hesab edilir:
1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin
vətəndaşlığını könüllü əldə etməsi;
2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət
və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya
digər silahlı birləşmələrində könüllü xidmət etməsi;
3) Azərbaycan Respublikası vətəndaşının dövlətin
təhlükəsizliyinə ciddi zərər vuran davranışı;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin
vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən
saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.
Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu
Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən
məhdudiyyətlər nəzərə alınmaqla həll edilir".
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan
Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsi və 18-ci
maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş
müddəalar bu Qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığını
əldə etmiş şəxslərə şamil edilmir.