Yuxarı

“Stratfor”dan sensasiya: “Moskva Bakıya görə İrəvanı satar...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Stratfor”dan sensasiya: “Moskva Bakıya görə İrəvanı satar...”

Dağlıq Qarabağ konfliktinin həlli regional oyunçulara görə uzanır.

Axar.az xəbər verir ki, bu açıqlamanı Stratfor Analitik Agentliyi yayıb. Stratfor Ukraynada Qərblə Rusiya arasında yaranmış gərginliyin Qafqazda da yaranması üçün hər cür şəraitin olduğunu bildirib:

"Gürcüstan Qərbə, Ermənistan Rusiyaya inteqrasiya edir. Azərbaycan isə bu tərəflər arasında balansı qorumağa çalışır. Bununla bərabər, onun öz mövqeyini möhkəmlətmək üçün konflikti həll etməsi mütləqdir. Bu ölkə Avropanı enerji ilə təmin etmək baxımından ciddi alternativdir. Bundan əlavə isə onun Türkiyə, İsrail və ABŞ-la sıx iqtisadi və siyasi əlaqələri var. Məhz belə siyasətinə görə Bakı Moskva ilə danışıqlarda daha çox rıçaqlara sahib olub. Bu səbəbdən Ermənistanı Qarabağ məsələsində müdafiə edən Rusiyanın öz mövqeyini dəyişməsi istisna edilmir. Bu yalnız o zaman olacaq ki, Azərbaycan Rusiya üçün tam həyati əhəmiyyət daşıyacaq və Moskva Ermənistanı satacaq. Hazırda isə bu, o qədər də yaxın perspektiv kimi görünmür. Qarabağın həlli təkcə Rusiyadan da asılı deyil. Burada o qədər güclü olmayan, amma ABŞ-ın gücündən istifadə edən Türkiyə də var. ABŞ Türkiyə və Azərbaycanın arxasında qəti şəkildə dayansa, bu, konfliktin siyasi həllinə şərait yaradar".

Tarix
2014.07.15 / 17:26
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla