Yuxarı

Bəzi media orqanları İrandan yazmağa qadağa qoyub – Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi media orqanları İrandan yazmağa qadağa qoyub – Bəyanat

İslam dünyası müqəddəs Ramazan ayı içindədir. Müsəlmanlar üçün xeyir-bərəkət, günahlardan, pis əməllərdən uzaq olmaq ayı olan bu dönəmdə belə İran adlanan rejim Azərbaycan türklərinə qarşı zülmünü dayandırmır. Ramazan ayı içində də soydaşlarımızın həbsi, təqibi, Tanrının ən sevimli yaradılışı olan İnsanın doğal haqlarının ayaqlanması davam edir.

Burda əsarət altında inləyən soydaşlarımızın səsini dünyaya yalnız Azərbaycan mediası və dünyaya səpələnən mühacir azərbaycanlılarla çatdırılır. Çox təəssüf ki, son vaxtlar mediamız Güney Azərbaycan məsələsini arxa plana atıb. Hətta bəzi media orqanlarında bu mövzuya qadağa qoyulub. İran rejiminin Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə heç cür barışmamasından yaranan təxribatçı əməlləri və son vaxtlar dünyada süni şəkildə qızışdırılan İslam təfriqəçiliyi təhlükəsi Azərbaycan dövlətini rəsmi mövqeyində və xarici siyasətində bir çox məsələlərə ehtiyatlı yanaşmağa vadar edir. Bu mövqe müəyyən mənada başa düşüləndir. Amma rəsmi dövlət adamlarımızın fikirlərini özlərinə qadağa kimi qəbul edərək Güney Azərbaycan mövzusuna medianın embarqo qoyması heç cür qəbul edilə bilməz. Vətənimizin güneyində minlərlə soydaşımızın həbsxanalarda çürüdüldüyü, milyonlarla həmvətənimizin milli və insani haqqının tapdandığı bir vaxtda Azərbaycan mətbuatı, xüsusilə elektron KİV susa bilməz.

Biz DAK olaraq hörmətli qələm əhlini İran adlı rejimin özbaşınalıqlarını, burda yaşayan soydaşlarımızın problemlərini gündəmdə saxlamağa və milyonların səsini dünyaya çatdırmağa çağırırıq.

Tarix
2014.07.16 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla