Yuxarı

İran TV-sindən absurd: ”Horadizi İran azad edib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran TV-sindən absurd: ”Horadizi İran azad edib”

"İran İslam Respublikası Horadiz əməliyyatı zamanı Azərbaycana yardım edib".

Axar.az xəbər verir ki, bu sözlər İranın "Səhər" telekanalının Feysbuk sosial şəbəkəsində yerləşdirilmiş reportajında yer alıb.

Reportaj müəllifi guya həmin əməliyyatda iştirak etmiş, amma nədənsə ad-soyadı verilməyən şəxslərdən hərbi əməliyyatlar zamanı İranın Azərbaycana necə yardımlar etməsinə "münasibət" öyrəniblər. Bununla bərabər, Horadiz əməliyyatı zamanı Azərbaycana yalnız İranın yardım etdiyi və Bakının bu məsələni hər zaman dandığı bildirilib.

"Azərbaycan İslam Cümhuriyyəti" adlı səhifədə paylaşılmış videoda Azərbaycanın həqiqi dostunun İran olduğu və onun qədrini bilməyin vacibliyi vurğulanıb. Səhifə müəllifləri bununla yanaşı, Türkiyəyə qarşı nalayiq ifadələr də işlədib.

Qeyd edək ki, Horadiz əməliyyatı 1993-cü il dekabrından başlamış 6 yanvar tarixinə kimi sürüb. Dekabrda ermənilər Beyləqana hücum edib. Hücumun qarşısını kəsən Milli Ordumuz əks-hücuma keçərək, qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad edib. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində gedib və ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəliləyib. Lakin əməliyyatı tam müvəffəqiyyətlə başa çatdırmaq mümkün olmayıb. Ermənilərin köməyinə yeni bölmələr gəlib. Aramsız atışmalardan sonra Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 Arazboyu kəndini, o cümlədən Cəbrayılın Çocuq Mərcanlı kəndini işğaldan azad edib. 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü il qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd "Şturm-S", 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah-sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında ataraq geri çəkilib.

Bu və ümumiyyətlə, Qarabağ savaşında İranın Azərbaycana "yardımı" Ermənistanı iqtisadi blokadadan çıxarmaq üçün bu düşmən ölkəyə daimi dəstək verməkdən ibarətdir. İran yalnız bir dəfə - 1992-ci ilin mayında 3-cü ölkə kimi münaqişənin həllinə vasitəçilik təşəbbüsü göstərib və onda da Şuşa və Laçın işğal olunub.

İran müharibə müddətində Azərbaycana bircə dəfə də olsun hərbi-siyasi və iqtisadi yardım göstərməyib. Yalnız 1992-93-cü ildə döyüş raketləri satıb ki, həmin raketlərin də mərkəzləşmiş atəş nöqtəsinin qəsdən sıradan çıxarıldığı, yəni atılan mərmilərin hədəfdən yan keçməsi üçün mərkəzləşmənin pozulduğu döyüş zamanı bəlli olub.

Tarix
2014.07.18 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla