"Azərbaycan əlverişli bildiyi məqamların birində
müharibəyə başlayacaq".
Bunu erməni KİV-ə
müsahibəsində politoloq Ayk Martirosyan deyib.
"Bakının neft-qaz kəmərlərinə
görə hərbi əməliyyatlara başlamayacağı haqda deyilənlər yalançı
özünü sakitləşdirmə nəzəriyyəsindən savayı bir şey deyil.
Azərbaycanı müharibədən çəkindirən neft-qaz sektoru yox, zamandır.
Nə vaxt ki, bu ölkə uğurlu anı düzgün seçdiyinə, öz ordusunun
hazırlığına əmin olacaq, müharibə mütləq başlayacaq. Müharibə əfsus
ki, qaçılmazdır", - deyə o proqnoz edib.
Erməni politoloq pessimistcəsinə belə vəziyyətdə Ermənistanın
qəliz durumla üzləşəcəyini də söyləyib:
"Bizim vəzifəmizi odur ki, yeni hərbi qərarlar verə bilək, başqa
zonalarda yeni mümkün müttəfiqlər tapaq, gəncliyi hazırlayaq,
ermənilərin ruhunu qaldıraq. Bunlarsız yeganə təsəllimiz
Azərbaycanda bir neçə yatağın yandırılması olacaq, öz ölkəmizdə isə
- yanğın olacaq, hansını ki, söndürmək həddən ziyadə çətin
olacaq".
Musavat.com