14:23
Tovuz rayon sakinləri rayon ərazisindəki Əsrik adlanan
dağ ərazisində bir nəfər mülki geyimli ermənini
saxlayıblar.
Rayon sakinlərinin Axar.az-a verdiyi məlumata görə,
Azərbaycan-Ermənistan sərhədini pozan həmin erməninin diversant
olmasından şübhələnirlər.
Hadisə yerinə dərhal Milli Ordunun əsgərləri gəlib və diversant
olduğu ehtimal olunan erməni əsiri aparıblar.
Əsirin üzərində sənədi olmadığından onun ad-soyadını
dəqiqləşdirmək mümkün olmayıb.
Müdafiə Nazirliynin mətbuat xidməti ənənəvi olaraq son bir
həftəlik fəaliyyətinə sadiq qalıb, bu haqda heç bir açıqlama verə
bilməyəcəyini dedi. Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İsa
İsmayılov bununla bağlı məlumatlı olmadığını bildirdi və Azərbaycan
Respublikası Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla
İş üzrə Komissiyaya müraciət etməyimizi məsləhət gördü.
Xatırladaq ki, sözügedən komissiya yalnız əsir düşən Azərbaycan
vətəndaşları ilə bağlı iş aparır.
Faktı dəqiqləşdirməyə çalışırıq.
14:45
Publika.az-ın məlumatına görə, əsir düşən Ermənistan vətəndaşı
Petrosyan Artuş Dalen oğludur. Əsir Tovuz rayonunun Ağbulaq
kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu tərəfindən
saxlanılıb.
15:02
Bu gün 13.30
radələrində Tovuz rayonunun düşmənlə təmas xəttində yerləşən
Ağbulaq kəndində erməni diversant qrupu Azərbaycan tərəfinə keçməyə
cəhd edib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan
kəşfiyyatçıları qrupun neytral ərazidən bizim tərəfə keçməsinə
qəsdən şərait yaradıblar. Məqsəd qrupu tam tutmaq olub.
Qrupun bələdçisi Petrosyan Artuş Dalen oğlu Tovuzun Ağbulaq
kəndinə girib.
Bu zaman kənd sakinləri onu görərək saxlayıblar. Erməninin izi
ilə gələn hərbçilərimiz onu sakinlərdən alıblar.
***
Axar.az xəbər verir ki,
Ermənistanın "www.yerkirmedia.am" saytı da Tovuzda əsir düşən erməni
təxribatçısı barədə xəbər yayıb.