Yuxarı

Türkiyədə ilk dəfə sağla sol birləşir - Ərdoğana real təhdid

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifəti seçkilər öncəsi böyük ittifaq qurmaq üçün anlaşıb.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Cümhuriyyət Xalq, İYİ, Səadət və Demokrat partiyaları arasında koalisiya yaradılması haqqında razılığı şərh edən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, prezident seçkilərinə hər partiya öz namizədi ilə qatılacaq və 2-ci tura keçən namizəd digərləri tərəfindən aktiv şəkildə dəstəklənəcək:

“Əsas hədəf isə parlamentdə çoxluq əldə etməkdir. Fərqli siyasi-ideoloji platformaya malik olan bu partiyaların, xüsusən CHP və Səadət Partiyasının bir araya gəlməsində siyasi hədəflərin üst-üstə düşməsi ilə yanaşı, riyazi hesablar da çox mühüm rol oynayıb. Səslərin hesablanması və parlamentdə yerlərin bölüşdürülməsi Dhondt metodu əsasında aparılacaq. CHP mütəxəssislərinin apardığı simulyasiyalarla müəyyən olunub ki, ittifaq halında seçkiyə qatılmaqla daha çox yer əldə etmək mümkündür. Bu səbəblə əvvəl CHP ilə ittifaqa girəcəyi təqdirdə səslərinin azala biləcəyindən eihtiyatlanan İYİ Partiyası birliyə razılaşıb. Səadət Partiyasının önəmi bu partiyanın vaxtilə Nəcməddin Ərbakanın qurduğu partiyaların (Milli Nizam, Milli Səlamət, Rifah, Fəzilət) varisi və “Milli görüş” ideoloji platformasının yeganə təmsilçisi olmasından qaynaqlanır. Səadət Partiyasının parlament seçkilərində, onun liderinin isə prezident seçkilərində alacağı hər səs AKP və Ərdoğanın bir səs itirməsi deməkdir”.

Politoloqun sözlərinə görə, Demokrat Partiyasının hər hansı çəkisi olmasa da, Adnan Menderesin partiyası olduğu üçün adının simvolik əhəmiyyəti var:

“İlk dəfədir türk sağı və türk solu ittifaq yaradır. Türkiyə siyasi tarixinin önəmli hadisələrindən olan bu birliyin ortaya çıxmasında ortaq narahatlıqlar həlledici rol oynayıb. Məqsəd azadlıqların hələ tam məhv olmadığı və seçki yolu ilə hakimiyyəti dəyişməyin mümkün olduğu bir şəraitdə mövcud imkanlardan maksimum istifadə etməklə gedişatı dayandırmaqdır”.

Politoloq İlqar Vəlizadə isə bütün hallarda Türkiyə siyasətində maraqlı proseslərin gedəcəyini düşünür:

“Əslində, bu koalisiya qeyri-ənənəvi müxalifətdir və onların şansları kifayət qədər böyükdür. Bu koalisiya ən azından ana müxalifət adını daşımağa layiq bir qrupdur. Düşünürəm ki, onların reytinqi qarşıda daha da qalxacaq. Bu koalisya MHP-AKP tandeminə qarşı ciddi rəqabət göstərsə də, iqtidara qalib gələ bilməyəcək. Çünki AKP ilə MHP-nin yerləri və təşkilat bazası Türkiyənin regionlarında kifayət qədər yüksəkdir. Hər şey qarşıdakı hadisələrin inkişafından asılı olacaq. Bütün hallarda bu partiyaların koalisiya şəklində seçkilərdə iştirakı bölgədə ənənəvi müxalifətin meydanı tərk etməsi və yerini yeni qüvvələrə təhvil verməsi anlamına gəlir”.

Qeyd edək ki, Türkiyənin Cümhuriyyət Xalq, İYİ, Səadət və Demokrat partiyaları arasında koalisiya yaradılması haqqında razılıq əldə olunub.

Dörd partiya yalnız parlament seçkisində birgə hərəkət edəcəklər. Prezident seçkisində isə hər partiya öz namizədini ayrı-ayrılıqda dəstəkləyəcək.

Tarix
2018.05.02 / 13:51
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycan bizi yarı yolda qoymayan tərəfdaşımızdır - Slutski

XİN Xankəndi Kommunikesi barədə məlumat yaydı

Dağıstan rəhbəri Rusiya və Azərbaycana çağırış etdi

Rusiya Bakıya heyət göndərir: Putinin şəxsi mesajı...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Rusiyada bu qurum Azərbaycana müraciət etdi

Sülh sazişi ilə bağlı müzakirələr tamamlanıb - Əmirbəyov

Mirziyayevin Azərbaycana səfəri əhəmiyyətlidir...

Rusiyadan Azərbaycana gələn turist sayında azalma var?

Bakı-Moskva gərginliyi: Ərdoğanın bu sözləri Putinədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla