Yuxarı

Suriyada iki oğlunu itirən azərbaycanlı ata gizlinləri açdı - Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada iki oğlunu itirən azərbaycanlı ata gizlinləri açdı - Təfərrüat

Suriyanın Əl Rakka şəhərində Əsəd qüvvələrinə qarşı döyüşlərdə azərbaycanlı Babək Azəri adlı vəhhabi həlak olub. Qardaşı Emin Azəri isə kürd peşmərgələrlə toqquşmada ayağından yaralanıb.

Bu məlumat yayılandan sonra onların barəsində hadisənin təfərrüatları aydınlaşmayıb.

Axar.az xəbər verir ki, azərbaycanlı ailəsi, yəni 21 yaşlı Babək, onun həyat yoldaşı Kristina (Xədicə) və qardaşı 22 yaşlı Emin ötən ilin noyabrında Rusiyanın Noyabrsk şəhərindən dini təhsil almaq üçün Türkiyəyə, oradan isə Suriyaya gedib.

Babək dünyasını dəyişəndən sonra Emin onun həyat yoldaşı ilə birlikdə Suriyada qalıb, döyüşü davam etdirməyi qərarlaşdırıblar.

Axar.az Avrasiya.net-ə istinadən xəbər verir ki, qardaşların Noyabrsk şəhərində yaşayan atası İlyas bəy son vəziyyətdən danışıb:

"Emin hələ müalicə alır, yarası sağalmaq üzrədir. Babəkin yoldaşı da hələ ki, müalicə alır.

Babəkin yadigarı olmadı, heyif. Körpəni bətnində saxlaya bilmədi. Görünür, şərait pis olub. Gəlmək istəmirlər, müxtəlif təkliflər edirəm, faydası yoxdur. Mən belə əqidə görməmişəm".

İlyas kişi ölən oğlunun arvadının Suriyada tək yaşamadığını, oğlunun dostu Müslümün arvadı ilə qaldığını bildirib:

"Müslüm rus idi. Noyabrsk şəhərindəndi, islam dinini qəbul etmişdi, o da döyüşdə ölüb.

Əsl adı Vyaçeslav idi. 21 yaşı vardı. Arvadı çeçen qızıdır. Adı Fatimədir".

İki oğlundan ümidini üzən ata onların necə getdiyini açıqlayıb:

"Müslüm də Babəkin ailəsi ilə birgə getmişdi Türkiyəyə. Onlar möhkəm dost idilər. Babəkdən bir ay sonra o da öldü. O da ailəsi ilə getmişdi. Bizim şəhərdən 21 nəfər Suriyaya gedib. Hələ ki, ikisi ölüb. Babək 10 yaşından, Emin ondan bir az sonra dini təhsil almağa başladılar. Bəzən mübahisələrimiz düşürdü. Çox vaxt bizim mollaların hərəkətlərini misal gətirirdilər, fırıldaqlarını açırdılar. Onları bu yola yönəldən artıq işini görmüşdü. Onlar bizdən gizlədirdilər, açıq danışmırdılar. Həm də onlar başqa şəhərdə yaşayırdılar, biz nə bilək. Bir cavan övladını itirmiş, ikincini də itirmiş kimiyəm. Heç bir ataya bunu arzulamıram, hətta düşmənimə də".

Vəhhabilərin atası heç vaxt Suriyada döyüşmək istəmədiyini deyib:

"Mən müsəlman qanını axıdanlara qarşıyam. Nə fərqi: şiədir, sünnüdür, ələvidir və ya başqasıdır. Axır ki, Allaha itaət edir. Bütün bu hadisələr xristian Qərbin qurmalarıdır. Əfsuslar olsun ki, islam dünyasının birliyi yoxdur".

Tarix
2014.09.03 / 09:40
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Onlar anti-Vətən xislətlərini yenə də biruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla