Yuxarı

O qızın intiharla bağlı videosunu yaymaq olmaz – Komitə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər zaman bəyan edir ki, bu tipli videoların yayılması intiharın təbliğatıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov Biləsuvarda 16 yaşlı yeniyetmənin intiharı ilə bağlı yayılan videoya münasibət bildirərkən söyləyib. S.Məmmədov KİV-i intiharla bağlı informasiyaları yaymamağa çağırıb:

“İndiki gənclər öz aralarında olan münasibətləri sosial şəbəkələrdə yaymağa meyillidirlər. Onlar bəlkə də bu münasibətləri dərk etmədiklərindən, özlərinə belə çıxış yolu seçirlər. Biz Komitə olaraq, belə halları qınayırıq. Davamlı olaraq məktəblərdə bu istiqamətdə təlimlər aparılsa, intiharların sayı azalar. Hüquq-mühafizə orqanları artıq bu hadisə ilə bağlı araşdırmalara başlayıb. Bəzən KİV əməkdaşları elə hesab edirlər ki, intiharla bağlı bu tip videoların yayılması belə halların qarşısını alacaq. Amma əksinə, belə videolar insanların alt-şüuruna təsir edir və daha çox təbliğat xarakteri daşıyır. İntiharla bağlı videoların yayılmasına yol verilməməlidir. KİV-də intiharla bağlı məlumatlar nə qədər az yer alsa, insanların şüuruna o qədər az təsir göstərər”.

S.Məmmədov vurğulayıb ki, yeniyetmələr arasında intiharların artmasında məsuliyyət daşıyan tərəflərdən biri də valideynlərdir:

“Əgər onlar övladlarının psixoloji durumundan xəbərdardar olsalar, vaxtında tədbir görə bilərlər. Bununla bağlı valideyn məsuliyyəti qanunvericilikdə ayrıca qeyd olunub. Valideynlər övladlarına daha çox qayğı göstərsələr, belə problemlər yaşanmaz. Bizdə ailəiçi münasibətlərdə bəzən bu məsələlər qapalı olur. Övladlar erkən yaşlarda sevgilərini bildirməkdə çətinlik çəkirlər. Ona görə də komitə ictimaiyyətlə görüşlər zamanı bildirir ki, valideynlər övladları ilə yaxından maraqlansınlar. Valideynlərlə yanaşı, məktəb psixoloqları da uşaqlarla işləməlidir ki, belə hallar azalsın”.

S.Məmmədov sözügedən videonun mətbuat və sosial şəbəkələrdən yığışdırılması ilə bağlı Komitənin niyə indiyə qədər ictimaiyyətə çağırış etməməsinə bu cür reaksiya verib:

“Bu məsələ komitə rəhbərliyinin diqqətinə çatdırılacaq”.

Qeyd edək ki, mayın 27-də Biləsuvar rayonunda 16 yaşlı Məmmədova Səkinə Nəsimi qızı intihar edib. O, intihar səbəbi ilə bağlı video çəkib və video sosial mediada sürətlə yayılıb.

Tarix
2018.06.23 / 08:15
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla