Yuxarı

Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində baş verib.

2008-ci il təvəllüdlü, 10-cu sinif şagirdi R.N. Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı yolunda yerləşən marketin qarşısında söyüş söyüb. Həmin vaxt dayanacaqda olan Cavid adlı şəxs ona söyüş söyməməyi xahiş edib və nəticədə R.N. onunla mübahisə edib. Bu vaxt yeniyetmənin dayısı həmin ərazidə olub, mübahisəyə görə Caviddən üzr istəyib.

Hadisədən sonra R.N. kəsici-deşici alətlə silahlanaraq hər gün həmin dayanacağa gələrək Cavidi gözləyib.

Bir gün Cavid dayanacaqda telefonla danışarkən yeniyetmə arxa tərəfdən yaxınlaşaraq ona ayağından bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.N. saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə R.N. 2 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 1 il 6 ay şərti cəza verib.

Tarix
2025.06.23 / 09:39
Müəllif
Axar.az
Digər xəbərlər

İranda müharibə nə qədər davam edəcək?

Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?

Prezident Goranboya getdi

İran televiziyasında Azərbaycana hücum çağırışı - Video

ABŞ Bakıdakı bu tədbiri təxirə saldı

Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı

Bakıdan ABŞ-ın İrana hücumu ilə bağlı bəyanat

Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşdü

ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi

“İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla