Yuxarı

“Rabitəbank” Tovuzda yeni filial açdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rahat bankçılıq” şüarına sadiq qalan “Rabitəbank”, müştəri məmnuniyyətini ön planda saxlayaraq ölkə üzrə filial şəbəkəsini genişləndirməyə davam edir. Bankın bu istiqamətdə növbəti addımı Tovuz şəhərində yeni filialın açılması olub.

Bankın ölkə üzrə sayca 28-ci filialı olan Tovuz filialının açılış mərasimi keçirilib. Yeni filial Tovuz şəhəri, Sabir küçəsi 40 ünvanında yerləşir və müasir dizayn konsepsiyası əsasında tam təmir edilərək istifadəyə verilib.

Bank bu təşəbbüslə regionlarda yaşayan müştərilər üçün bank xidmətlərini daha da əlçatan etməyi və onların gündəlik maliyyə ehtiyaclarını rahat şəkildə qarşılamağı hədəfləyib. Filialda əhali və sahibkarlıq subyektləri üçün əmanətlər, kreditlər, kart məhsulları, valyuta əməliyyatları, kommunal ödənişlər və digər geniş spektrli bank xidmətləri təqdim olunur.

Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin açılış zamanı öz çıxışında qeyd edib ki:

”Rabitəbank”olaraq məqsədimiz müasir texnologiyalar və yüksək keyfiyyətli xidmət prinsipləri əsasında, Azərbaycanın bölgələrində də rahat və əlçatan bankçılığı təmin etməkdir. Bununla yanaşı, bölgələrdə sahibkarlığın və kənd təsərrüfatı sahəsinin maliyyə cəhətdən dəstəklənməsi bankımız üçün strateji əhəmiyyət daşıyır”.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Rəşad Zeynalov öz çıxışında bildirib ki:

““Rabitəbank”ın Tovuzda yeni filialının açılması rayonumuzun sosial-iqtisadi inkişafına verilən dəyərli töhfədir. Bu addım həm rayon sakinlərinin bank xidmətlərinə daha rahat çıxışını təmin edəcək, həm də regionda məşğulluğun artmasına və iqtisadi fəallığa dəstək olacaq. Bank kollektivini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.”

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 17 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tarix
2025.06.23 / 13:56
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük Qayıdışla bağlı ilk iclas keçirildi

Bu ölkələrin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

Qacarların da varisi sağdır: Hakimiyyətə qayıda bilər?

ABŞ İrana yenidən zərbə endirə bilərmi?

Bu “bank”ın baş filialı Xankəndidə idi… - Araik

İran niyə vuruldu? – Rusiya ilə anlaşmanın şok təfərrüatı

İran diplomatiya yolunu tərk etməyib - Ağayi

İranda müharibə nə qədər davam edəcək?

Arakçı təcili məktub apardı: Xamenei Putindən nə istəyir?

Prezident Goranboya getdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla