Yuxarı

Pezeşkianın komandası türkcə təbliğata başladı: “Şirin başı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkianın komandası türkcə təbliğata başladı: “Şirin başı”

İran Prezidenti Məsud Pezeşkianın yerlərdəki yaxın adamları İsrail və Qərb ölkələrinə qarşı türk dilində geniş təbliğat kampaniyasına başlayıblar.

Axar.az xəbər verir ki, bununla bağlı sosial media platformalarında çox sayda videolar yayılır.

Həmin videolarda Azərbaycan türkcəsində şeirlər oxunur, İran "şir"ə oxşadılır, Azərbaycan isə “şir”in başı adlandırılır.

İran əhalisi və azərbaycanlıların hisslərinə toxunmaq və onları coşdurmaq üçün video-kliplərin əksəriyyətində məcburi hicab qaydalarını pozan gənc və yaraşıqlı qızlardan istifadə olunur.

Bununla eyni vaxtda Təbriz, Urmiya, Ərdəbil və başqa bir neçə Azərbaycan şəhərində bir sıra “ziyalı”, musiqiçi və “milli fəal”ların imzası ilə İsrailin hücumlarını pisləyən və İranın müdafiəsinə çağıran bəyanatlar yayılıb. Həmin bəyanatlarda İran-İraq müharibəsi dövründə olduğu kimi, yenə də azərbaycanlılar “qeyrətli”, “mübariz” və “fədakar” xalq adlandırılır, onların İranın qorunmasındakı tarixi xidmətləri xatırladılır.

Qeyd edək ki, İran-İraq müharibəsində xüsusən Şərqi və Qərbi Azərbaycan əyalətlərinin hərbçiləri və könüllüləri birbaşa ön cəbhəyə göndərilir, onlardan minalı sahələrin təmizlənməsi və İraq ordusunun ön xətdəki müdafiə səngərlərini dağıtmaq üçün istifadə olunurdu. Buna görə də “xətt şekən” (müdafiə xəttini yaran) adandırılan azərbaycanlılardan ibarət hərbi bölmələr daha çox itki verirdi.

Tarix
2025.06.23 / 14:00
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla