Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 10-da Bakının Nizami rayonundakı 32 və 12 nömrəli tam
orta məktəblərdə yaradılan şəraitlə tanış olub.
AzərTac-ın məlumatına görə,
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının
sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında
nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial
sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə
yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının
inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir.
Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində
orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən
qurulur və lazımı avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin
ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq
zolaqları salınır. Məktəblərin maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.
Prezident İlham Əliyev əvvəlcə 32 nömrəli tam orta məktəbdə
həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı
vəziyyətlə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Qeyd
edildi ki, 4 mərtəbədən ibarət olan məktəbdə 1050 şagird təhsil
alır. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, fənn
kabinetləri yüksək standartlara uyğun şəkildə əsaslı surətdə təmir
edilib, lazımı avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub.
Məktəbin istilik və işıqlandırma sistemləri də müasir tələblər
səviyyəsində yenidən qurulub. Növbəti il üçün 640 şagird yerlik
əlavə korpusun inşası nəzərdə tutulur.
Dövlətimizin başçısı məktəbin ayrı-ayrı sinif otaqlarını gəzdi,
yaradılan şəraitlə tanış oldu.
Sonra Prezident İlham Əliyev 12 nömrəli tam orta məktəbə gəldi.
Burada görülən təmir və yenidənqurma işləri ilə bağlı da
dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 12 nömrəli
tam orta məktəbin binası 1974-cü ildə xalqımızın ümummilli lideri
Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və Ulu Öndərin iştirakı
ilə istifadəyə verilib. Üç mərtəbədən ibarət məktəbdə 43 sinif
otağı var. Məktəbdə 1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs
ili üçün 240 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur.
Burada da bütün sinif otaqları və fənn kabinetləri yüksək
standartlar səviyyəsində təmir edilib, müasir istilik və
işıqlandırma sistemləri quraşdırılıb.
Dövlətimizin başçısı 12 nömrəli tam orta məktəbdə əsaslı təmir
və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış
oldu.
Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da
Bakının Nizami rayonundakı 32 və 12 nömrəli tam orta məktəblərdə
yaradılan şəraitlə tanış olub.