Mircəfər Bağırovun sevgisi haqqında maraqlı məlumatlar
üzə çıxıb. Onun ilk əsl sevgisi görkəmli pianoçu və maarifçi Xədicə
Qayıbova olub.
Axar.az-ın məlumatına görə, Xədicə xanım heç vaxt M.Bağırova
"hə" cavabını verməyib. Buna görə də o ömrünü azablar içində başa
vurub.
X.Qayıbova 3 dəfə ərə gedib, ərləri Bağırov tərəfindən yox
edilib. Nəhayət, Bağırov Xədicə xanımın özünü də həbs etdirib.
Həbsdə Bağırov sonuncu dəfə ona "hə" cavabını verməsini istəyirb.
Lakin "yox" deyən Qayıbovanı Bağırov öz əlləri ilə güllələyib və
hamının qarşısında hönkür-hönkür ağlayıb.
1953-cü ildə Xədicəyə bənzədib sevdiyi evli qadın Qəmər Əlizadə
Bağırovun məhkəməsində şahid kimi ifadə verib. Məhkəmənin hakimi
Bağırovdan akademik Ələşrəf Əlizadənin həyat yoldaşı Qəmər xanıma
niyə əziyyətlər verdiyini soruşanda Bağırov cavab verib:
- Mən onu sevirdim...