Yuxarı

Azərbaycanda həbs edilən İŞİD-çilər danışdılar - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda həbs edilən İŞİD-çilər danışdılar - Video

Uzun müddətdir ki gündəmi zəbt edən ölkədən xaricdə döyüşən azərbaycanlılarla bağlı xəbər var. Onlardan bir qrupu tutulub.

ANS TV-nin məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyi həyata keçirdiyi əməliyyat nəticəsində Suriya və Pakistanda fəaliyyət göstərər silahlı birləşmələrin tərkibində qeyri-qanuni fəaliyyət göstərən 26 Azərbaycan vətəndaşı tutulub. Artıq onların barəsində silahlı birləşmələrin tərkibində iştirakdan tutmuş, yetkinlik yaşına çatmayanları ağır cinayətlərə təhriketmə maddələri ilə cinayət işinə başlanıb. Müəyyən edilib ki, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan ərazisində həmin dövlətin və Azərbaycan qanunlarına zidd olaraq silahlı birləşmələrdə iştirak ediblər. Onların əskəriyyəti, hətta ailələrini də özləri ilə götürüblər.

Aralarında elələri var ki, başqa dövlətin ərazisində saxlanılsalar da arvad uşaqları hələ də Suriyada aktiv döyüş bölgəsində qalıblar. Saxlanılanlardan məsələn, Elşən Qurbanlı adlı birisinin Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçdiyi bildirlir. Təlimlər bitdikdən sonra bölgü zamanı Elşən Qurbanlı öz istəyi ilə şəxsiyyəti istintaqla araşdırılan "Xattab" ləqəbli "əmir"in rəhbərlik etdiyi "Azəri camaatı" adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olub. Bundan sonra Elşən Qurbanlı və digərləri "İŞİD" adlı qanunsuz silahlı birləşmənin tərkibində 2014-cü ilin avqust ayında İraqın Anbar vilayətinin Hədisə şəhəri ətrafındakı hərbi əməliyyatlarda iştirak ediblər. Bu hərbi əməliyyatlar zamanı silahlı dəstə tərəfindən hücum planlaşdırılarkən baş vermiş partlayış nəticəsində 35 nəfər məhv olub, Elşən Qurbanlı isə yaralanaraq, sağ qalmış digər yaraqlılarla birlikdə Suriya ərazisinə qayıdıb. Saxlanılanlardan biri isə Vüqar Dursunəliyev isə azyaşlı oğlunu müharibəyə göndərib. Ata15 yaşlı Elvin Dursunəliyevi silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib.

Əgər günahları sübuta yetirlərsə, 20 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər.

Tarix
2014.09.23 / 23:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla