Yuxarı

“Borçalının muxtariyyət tələb etməsini istəmirəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gürcüstanda son 25 illik müstəqillik tarixinə nəzər yetirsək görərik ki, orada baş verən bütün daxili toqquşmalarda azərbaycanlılar dövlətçiliyə qarşı çıxış etməyiblər".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc söyləyib.

O, Şevarnadze dönəmində azərbaycanlıların Gürcüstandan səssiz deportasiyasının həyata keçirildiyini deyib:

"Gürcüstanda yaşayan soydaşlarımız öz tarixi torpaqlarında məskunlaşıblar. Onların doğal haqları sadəcə bir etnik, milli azlıq olmaqdan ibarət deyil. Gürcüstanda son 25 illik müstəqillik tarixinə nəzər yetirsək görərik ki, orada baş verən bütün daxili toqquşmalarda azərbaycanlılar dövlətçiliyə qarşı çıxış etməyiblər. Əksinə, bir sıra hallarda o dövlətçiliyin möhkəmləndirilməsində çox mühüm baza kimi çıxış ediblər. Qamsaxurdiya zamanında "Gürcüstan gürcülər üçün" şüarı altında dövlət qurulanda bütün milli azlıqlara qarşı çox ciddi diskriminasiya həyata keçirilirdi. Açığı, Şevarnadze dönəmində bu hərəkat dayansa da, bizim soydaşlarımız səssiz deportasiyanın iştirakçısı oldular. Onların böyük hissəsi Bakıdan və Azərbaycanın digər bölgələrindən evlər almağa başladılar. Bununla da sanki Ermənistandakı vəziyyət təkrar edilirdi. Yəni elitar hissə bölgədən çıxır, yerdə qalan zəhmətkeş təbəqə isə öz haqları uğrunda mübarizədən məhrum olurdular. Saakaşvili dönəmində isə Azərbaycan rəhbərliyinin prosesə ən yüksək səviyyədə qoşulmasına baxmayaraq, problem tam həllini tapa bilmədi. Ayrı-ayrı azərbaycanlı müəyyən orqanlarda yer alsalar da, azərbaycanlıların problemlərinin həlli ən yüksək səviyyədə həllini tapmadı".

Millət vəkili Gürcüstandakı azərbaycanlılarla bağlı məsələnin arxasında Rusiyanın dayandığına inanmadığını bildirib:

"Hazırda isə Gürcüstanın şərqində azərbaycanlıların problemlərlə qarşılaşması və gürcü mətbuatının da dediyi kimi, bunun toqquşma səviyyəsinə gətirib çıxarılmasının arxasında Rusiyanın dayanmasına mən inanmıram. Gürcüstan daxilində Saakaşviliyə yaxın çevrələrdə rusofobluğun olması və onların bütün Qafqazı Rusiyaya qaldırmaq tendensiyasının güclü olduğundan artıq ən azı 10-cu dəfədir ki, bizi Moskva ilə toqquşmağa vadar edirlər. Azərbaycan özünün xarici siyasət məsələlərini heç kimlə, o cümlədən də Gürcüstanla asılı olaraq qurmur. Gürcüstanda yaşayan azərbaycanlılar arasında ictimai fəal elitanın yaranması və onların özlərinin haqlarını müdafiə edəcək siyasi fəaliyyətə aktiv qoşulmaları gərəkdir. Mən istəmirəm ki, onlar muxtariyyat tələb etsinlər. Çünki məhz bu zaman separatizmə qadir olan qüvvələr işə salınacaq. Məsələn, Söyün Sadıqov amili havayı yerdən səsləndirilmirdi. Onun üzərində hansısa planlar və təxribatlar işləyə bilirdilər. Amma bizim oradakı vətəndaşlarımızın bir araya gəlmələri, təşkilatlanmaları, dövlətin siyasətinə təsir etmələri çox zəifdir. Buradakı soydaşlarımızın Bakı və ya Tiflisə təzyiq üçün istifadə edilməsi məsələsinə də şübhə etmirəm. Gürcü dövlətçiliyi bu dəqiqə ayaqda qalmasında həm də Azərbaycana borcludur və bunu da özləri bəyan edirlər".

Qeyd edək ki, son günlər gürcü mətbuatında ölkənin şərqində azərbaycanlılar qızışdırıldığı və Rusiyanın burada yeni bir konflikt ocağı yaratmaq istəməsi ilə bağlı müxtəlif yazılar yerləşdirilir.

Tarix
2014.10.27 / 09:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

Əli Əsədov bu türk ölkəsində səfərdədir

Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla